Vakansiya: Rəqəmsal marketinq bölməsinin rəhbəri
Departament: Kommersiya departamenti/Marketinq şöbəsi/Rəqəmsal marketinq bölməsi
Vəzifə öhdəlikləri:
- Vebsayt, sosial media, e-poçt, ödənişli reklamlar, SEO və digər rəqəmsal kanalları əhatə edən rəqəmsal marketinq strategiyasının yaradılması və icra edilməsi;
- Rəqəmsal marketinq kampaniyalarının planlanması, resursların effektiv idarə olunması və yuxarı ROI göstəricisi üçün büdcələrinin idarə olunması;
- Rəqəmsal kanallarda maraqlı məzmunun yaradılması üçün daxili komanda və vendor şirkətlərlə əməkdaşlıq;
- Kampaniya datalarının analiz olunması və optimizasiya edilməsi;
- Rəqəmsal marketinq komandasının idarə olunması və inkişaf etdirilməsi;
- Şirkətdaxili digər şöbə və departamentlərlə (satış, məhsul və s.) əməkdaşlıq edərək rəqəmsal marketinq fəaliyyətinin sinxronlaşdırılması ;
- Rəqiblərin fəaliyyətinin monitorinqi və analizi;
- Rəhbərlik tərəfindən təyin olunmuş hədəflərə uyğun fəaliyyətin təmin edilməsi;
- Hesabatların və dashboard-ların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Tələb olunun biliklər:
- Ali təhsil (Marketinq, İqtisadiyyat, Biznesin təşkili üzrə təhsil arzuolunandır);
- Google Ads, Meta Ads, Apple Search Ads kimi reklam platformalarında təcrübə;
- Google Analytics, Google Tag Manager, AppsFlyer kimi analitika alətlərində təcrübə;
- Google Search Console, Play Console, App Store Connect, Semrush, ASODesk kimi SEO və ASO alətlərində təcrübə;
- Google Looker Studio ilə təcrübə;
- Rəqəmsal marketinq üzrə minimum 3 il iş təcrübəsi (minimum 1 il rəhbər kimi);
- Ofis proqramlarında sərbəst işləmə bacarığı;
- Ünsiyyət və təqdimat bacarıqları;
- Strateji düşünmək və problemləri həll etmək qabiliyyəti;
- Dil bilikləri: Azərbaycan dili - səlis, ingilis dili – yaxşı, rus dili - arzu olunan.
Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək, [email protected] e-mail ünvanına göndərə bilərlər.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur