Ucqar kəndlərdə çalışan kimya müəllimləri üçün qrant müsabiqəsi!

Ucqar kəndlərdə çalışan kimya müəllimləri üçün qrant müsabiqəsi!



ALİM Elmi Assosiasiyası olaraq, "Ucqar Kimya" layihəsi çərçivəsində ucqar kənd məktəblərində çalışan kimya müəllimlərini praktiki laboratoriya avadanlıqları ilə təmin etməyi hədəfləyirik. Məqsədimiz, kimya dərslərini daha maraqlı və əlçatan etmək, şagirdlərdə elmə marağı artırmaqdır.

Kimlər müraciət edə bilər?
 Yerləşmə: Ucqar kənd məktəblərində çalışan kimya müəllimləri.
 Təcrübə: Mövcud imkanlarla praktiki kimya dərsləri keçmiş və bunu video dərslər vasitəsilə sübut edə bilən müəllimlər.
 Motivasiya: Şagirdlərdə elmə maraq oyatmağa və yüksək keyfiyyətli təhsil təqdim etməyə maraqlı müəllimlər.
 Vizyon: Qrant vasitəsilə təmin olunacaq material və kimyəvi maddələrin necə istifadə ediləcəyinə dair konkret və yaradıcı plan təqdim edənlər.

Tələb olunan sənədlər:
İş yeri haqqında rəsmi təsdiq sənədi.
Ən azı iki video dərs və ya praktiki təcrübəni əks etdirən digər materiallar.
Təqdim olunacaq materialların və kimyəvi maddələrin istifadəsi ilə bağlı növbəti üç praktiki dərsin planı.

Gəlin birgə çalışaraq, keyfiyyətli təhsili hər kəs üçün əlçatan edək və gələcəyin alimlərini yetişdirək!
 İndi müraciət et! Bu fürsəti faydalana biləcək digər müəllimlərlə də paylaşmağı unutmayın. Müraciətlərin son tarixi: 25.12.2024.

Qeyd: Seçim prosesinin ədalətli şəkildə aparılmasını təmin etmək məqsədilə, şərt və qaydaları dəyişdirmək haqlarımızı qoruyuruq.

Müraciətlər aşağıdakı linkə keçid etməklə onlayn formu dolduraraq edilməlidir:

Müraciət et


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az