Bazar, 1 İyun, 2025

Mühəndislik və əlaqəli sahələrin tələbələri üçün ÖDƏNİŞSİZ “Engineering Camp” təşkil ediləcək!


  • Dərc edildi: 16 Avqust, 2023 - 11:25
Mühəndislik və əlaqəli sahələrin tələbələri üçün ÖDƏNİŞSİZ “Engineering Camp” təşkil ediləcək!

Mühəndislik və əlaqəli sahələrin tələbələri üçün “Engineering Camp” təşkil ediləcək!

7-10 sentyabr tarixlərində "Zuğulba" tədris idman bazasında "Bir Könüllü" Tələbə Təşkilatı və Avropa Elektrik Mühəndisliyi Tələbələri Assosiasiyasının yerli bölməsi "EESTEC Observer Baku" birgə təşkilatçılığı ilə “Engineering Camp” keçiriləcək.

Düşərgədə ali təhsil müəssisələrinin mühəndislik ixtisaslarında (elektrik mühəndisliyi, sənaye mühəndisliyi, kimya mühəndisliyi və s) bakalavriat səviyyəsi üzrə təhsil alan III-IV kurs tələbələri və magistratura səviyyəsi üzrə təhsil alan tələbələr iştirak edə bilər.

Düşərgədə iştirak etmək istəyən tələbələr 31 avqust 2023-cü il tarixinədək qeydiyyatdan keçməlidir. Təlimlərin sonunda bütün iştirakçılara sertifikat təqdim olunacaq.

Düşərgədə müxtəlif beynəlxalq və yerli şirkətlərdə çalışan peşəkar mühəndislər öz təcrübələrini

tələbələrlə bölüşəcək, müxtəlif komanda işləri aparacaq və tələbələrlə birlikdə praktik tapşırıqlar həll edəcəklər. Tələbələrə maraqlı olan mövzular-layihələrin idarə olunması, kommersiyalaşma, mühəndislikdə idarəetmə ilə bağlı müxtəlif seminarlar keçiriləcək, onlara hazırda dünyada mühəndislik sahəsində baş verən təcrübələr göstəriləcək.

Qeyd edək ki, düşərgənin təşkilində əsas məqsəd tələbələr və müxtəlif şirkətlərdə çalışan mühəndislər arasında əlaqələrin yaradılması, praktik biliklərin öyrədilməsi, mühəndisliklə bağlı dünyada mövcud olan trendlərdən tələbələri xəbərdar etmək, eləcə də real əmək bazarının hansı mühəndislik səriştələri tələb etdiyini öyrətmək, həmçinin onların asudə vaxtının səmərəli təşkilidir.

Qeydiyyat üçün:
linktr.ee/eestecbaku

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 123
Lisey və gimnaziyala...
Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara hazırlaşan VI sinif şagirdlərinin nəzərinə!
27 May, 2025 - 01:01 176
Mərkəzi imtahanla qə...
XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadası – Azərbaycan Komandası
26 May, 2025 - 15:18 95
XVIII Beynəlxalq Ast...