reklam

Əsəd bəy: Məşəqqətli həyat

1905-ci ildə Lev Nussimbaum adı ilə dünyaya gəlmiş Əsəd bəy qədər mədəniyyət tari-

xində fərqlənmiş ədəbiyyat xadimləri çox azdır. Onun Şərq ilə Qərb arasında körpünün

qurulmasında müstəsna rolu olmuşdur. “Əli və Nino” Azərbaycan — Gürcüstan məhəbbət

tarixçəsinin müəllifi olan Əsəd bəy, sonralar “Qurban Səid” təxəllüsü ilə də tanınıb.

Əsəd bəy Bakıda beynəlmiləl bir mühitdə — ruslar, almanlar və azərbaycanlıların arasın-

da böyüyüb və XX əsrin əvvəllərində şəhərdə yaşanan ilk “neft bumunun” şahidi olub: o

zamanlar, dünyada xam neftin demək olar ki, yarısı məhz Bakıda hasil olunurdu. Şərqin

möhtəşəmliyi kəskin sosial fərqlər, fəhlə üsyanları və inqilabi təlatümlərlə əhəmiyyətli

ziddiyyət təşkil edir. Oktyabr İnqilabından sonra, Bakıdan gedən yazar, müxtəlif ölkələrin

sərhədlərini keçən kosmopolitə çevrildi: Mərkəzi Asiya, İran, Gürcüstan və Türkiyə onun

Berlin şəhərinə gedən yolda müvəqqəti “dayanacaqlar” olub. Berlində o, İslam dinini

qəbul edir, ən azı 18 kitab yazır və qısa zamanda Şərq üzrə mütəxəssis kimi tanınır.

1936-cı ildə, Almaniyada onun kitablarının dərci qadağan olundu. Bundan sonra, o, İtali-

yaya mühacirət etdi və 1942-ci ildə, yoxsulluq və hamının tərk etdiyi bir insan kimi dün-

yasını dəyişdi və beləcə, onun məşəqqətli həyatı bitdi.

Həqiqət və uydurmaların məharətlə bir-birinə qarışdığı “Şərqdə neft və qan” adlı

tarixi-publisistik romanı, Əsəd bəyin əsas əsərlərindən biri sayılır və bu sərgidə iştirak

edən rəssamların ilham mənbəyi qismində çıxış edir.

Əgər dünya tarixinə Şərqdən nəzər salsaq, adi Avropaya yönəlmiş (“avrosentrik”) pers-

pektiv, tam əks baxışa dəyişir. Əsəd bəyin hekayələrində, qəfil qüvvə ilə irəli atılan müasir-

lik, Qafqaz dağlarında və vadilərində yaşayan xalqların iftixarı, inadkarlığı və ənənələrinin

dərk edilməsi təkrar-təkrar vurğulanır. Bütöv bir dövrün tənəzzülü ilə bağlı qəm-qüssə,

onun pafossuz, lakin nəfis rəvayət etmə üslubunda həmişə rezonans doğurur.

Bu dəfə, biz həmişəki kimi ədəbi vasitələrlə deyil, təsviri incəsənət və kino dili ilə Əsəd

bəyə müraciət etmək niyyətindəyik. Bu isə bizə onun yaradıcılığına yenidən nəzər sal-

mağa imkan verəcək və bunun sayəsində, məkan təcrübəsi yeni estetik ölçülər açacaq.

Müasir rəssamlar və kinematoqrafçılar üçün “Şərqdə neft və qan” — poetik əks-səda

kamerasıdır. Bu kamera, tarixi özünəinamdan əlavə, müasir dövrün təhlili və qiymətləndi-

rilməsi üçün yeni imkanlar açır: Bu gün Azərbaycan və Qafqaz, Şərq ilə Qərb arasında

çoxəsrlik dialoqda hansı mövqeni tutur? Tarixi irs və onun dili ilə işləyərkən, hansı estetik

və bədii vasitələr tələb olunur? Nəhayət, Əsəd bəyin çoxsaylı baxışlarının hansıları hələ

də tamamlanmasını gözləyir?

RƏSSAMLAR

Əqdəs Bağırzadə, Bakı

Orxan Hüseynov, Bakı

İsmayıl İman və Sabina Şıxlinskaya, Bakı

Nadya Kaabi-Linke, Berlin

Aleksandr Mişon, Xarkov və Bakı

Tomas Rentmayster, Berlin

KURATOR

Alfons Hug, Bakı Goethe-Zentrum

Tarix: cümə axşamı, 15 sentyabr 2022, saat 18 : 30.

Məkan: Şirvanşahlar Saray kompleksi

Sərgi 15 sentyabr 2022 tarixindən 16 oktyabr 2022 tarixinə qədər davam edəcəkdir.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az