Bazar ertəsi, 30 İyun, 2025

"Məhəllə-məhəlləyə" 3x3 futbol turnirinə qeydiyyat başladı!


  • Dərc edildi: 9 Sentyabr, 2022 - 10:34
"Məhəllə-məhəlləyə" 3x3 futbol turnirinə qeydiyyat başladı!

Həvəskarlar arasında keçiriləcək futbol yarışına qeydiyyat başladı

Bakıda gənclər arasında 3x3 formatında futbol turniri keçiriləcək.

17, 18 və 25 sentyabr tarixində baş tutacaq “Məhəllə-məhəlləyə” adlı layihə IDEA İctimai Birliyi tərəfindən

abadlaşdırılan üç müxtəlif həyətin ərazisində təşkil olunacaq.

Turnirdə hər birində üç oyunçu olmaqla, ümumilikdə 64 komandanın iştirakı nəzərdə tutulub. 16-29 yaş

aralığında olan şəxslər ödənişsiz qeydiyyatdan keçərək, yarışda iştirak haqqı qazana bilərlər.

Qeyd edək ki, layihə Azərbaycan Gənclər Fondunun dəstəyi, IDEA İctimai Birliyi və Azərbaycan Futbol

Federasiyaları Assosiasiyasının tərəfdaşlığı, Cavan Gənclər Hərəkatının təşkilatçılığı ilə "Cavan Sport"

proqramı çərçivəsində keçiriləcək.

Layihənin təşkilindəki əsas məqsəd gənclərin idmana marağını artırmaq, sağlam həyat tərzinə təşviq etmək və

onlar arasında şəbəkələşməni gücləndirməkdir.

Qeydiyyat linki: https://forms.gle/magoZvkjAeHGsfx58

Ətraflı məlumat üçün: +99450 626 88 41

* Qeydiyyat üçün son tarix 14 sentyabr, saat 00:00 nəzərdə tutulmuşdur.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 210
Məktəbəhazırlıq qrup...
Eduaspect: Təhsildə Yeniliklərin Bələdçisi
13 İyun, 2025 - 04:20 841
Eduaspect: Təhsildə ...
Sertifikatlaşdırmada hansı suallara hazır olmalıyam? – Cavabı buradan oxu!
12 İyun, 2025 - 15:43 231
Sertifikatlaşdırmada...