Təsərrüfat və təminat şöbəsinin müdiri vakansiyası

Vəzifə: Təsərrüfat və təminat şöbəsinin müdiri
İş yeri: Bakı şəhəri

İş təcrübəsi: Müvafiq sahədə 4 il, Səhiyyə, rifah, xidmət və idarəetmə ixtisasları qrupu/ Mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi

Vəzifə öhdəlikləri:
-Mərkəzin avadanlıqlarının texniki xidmətinə, bina və tikintilərin təmir işlərinə, bölmələrin təsərrüfat xidməti işlərinə rəhbərlik etmək;

-Mərkəzin əsas fondlarının, təmiri üçün illik və perspektiv proqramların tərtibində iştirak etmək;
-İstismar xidməti qaydalarına, texniki xidməti qaydalarına, avadanlıqların təmir və yoxlanılması qaydalarına riayət olunmasına nəzarət etmək;
-Texniki istismar xidməti işçilərinin işini əlaqələndirmək;
-Liftlərin, işıqlandırma sistemlərinin, ventilyasiyanın saz vəziyyətdə olmasını, əməkdaşların səmərəli işləməsi üçün lazımi şəraitin yaradılmasını təmin etmək;
-Mərkəzin əsas fondlarının cari və əsaslı təmiri planının işlənib hazırlanmasında və istehsalat sahəsinin xərclər smetasının tərtibində iştirak etmək;
-Xidmət üzrə müqavilələrin bağlanması üçün lazım olan materialları rəsmiləşdirmək;
-Dəftərxana ləvazimatının, vacib təsərrüfat materiallarının, avadanlığın, inventarın alınması və saxlanılmasının təşkili, Mərkəzin bölmələrini onlarla təmin etməklə yanaşı onların işləməsi vaxtının uçotunu aparmaq, müvafiq hesabat formasını tərtib etmək;
-Təsərrüfat məqsədləri üçün ayrılmış material və vəsaitin səmərəli işlədilməsinə nəzarət etmək;
-Sahənin abadlığına, yaşıllaşdırılmasına, təmizlənməsinə, binaların fasadlarının və giriş yerlərinin tərtibatı işlərinə rəhbərlik etmək;
-Mərkəzdə qabaqcıl təcrübə mübadiləsi ilə əlaqədar keçirilən iclas, konfrans, seminar və eləcə də digər tədbirlərin təsərrüfat xidmətini təşkil etmək;
-Yanğından mühafizə tədbirlərinin yerinə yetirilməsini və yanğından mühafizə avadanlığının saz vəziyyətdə saxlanılmasını təmin etmək;
-Kiçik xidmət heyətinin əməyinin mexanikləşdirilməsi üçün tədbirlər görmək;
-Rəhbərlik tərəfindən verilən vəzifə öhdəliyinə aid digər tapşırıqları yerinə yetirmək.

Tələblər:
-MS Office komputer proqramından sərbəst istifadə etmək bacarığı;
-İdarəetmə və komandada işləmək bacarığı;

Əmək haqqı: 1000 AZN+
Təminatlar:
-İllik performans göstəricilərinə uyğun mükafat sistemi;
-Kollektiv mükafat.
İş qrafiki: Həftədə 6 günlük
 
Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını yazaraq CV göndərməklə müraciət edilir.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az