Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tabeliyində olan Nərimanov Tibb Mərkəzinə Keyfiyyətə nəzarətin idarəedilməsi komitəsinin rəhbəri vəzifəsi üzrə vakant yer elan edir.
Əməkhaqqı:
• “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
• Ali tibbi təhsil (ictimai səhiyyə və kliniki ixtisaslar üzrə)
• Sahə üzrə minimum 3 il iş təcrübəsi
• Kompüter bilikləri: Microsoft Office (sərbəst səviyyədə)
• Dil bilikləri: ingilis və rus dili üstünlükdür.
Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər:
• Peşə və ixtisası üzrə geniş nəzəri və praktiki biliyə sahib olması
• Komandada işləmə bacarığı;
• Məsuliyyətlilik;
• İntizamlılıq;
• Dəqiqlik;
• Nəticəyönümlülük.
Əlavə qeydlər:
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb