Çərşənbə, 3 Sentyabr, 2025

BMT Modeli Simulyasiyası Konfransı


  • Dərc edildi: 28 Aprel, 2023 - 11:59
BMT Modeli Simulyasiyası Konfransı

Əziz gənclər,

Mayın 10-12-də ADA Universitetində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Diplomatiya Həftəsi” çərçivəsində ADAMUN klub tərəfindən təşkil olunan BMT Modeli Simulyasiyası Konfransına müraciətləri açıq elan edirik!

Konfrans tələbələrə müxtəlif ölkələri təmsil edərək dünyanın aktual problemlərinə qarşı həll yolları təklif etmək imkanı verir. Bütün universitetlərin tələbələri konfransda iştirak edə bilərlər.

Komitələr və mövzular:

• Tarixi Təhlükəsizlik Şurası: "Əsrin müqaviləsi";

• BMT-nin Xüsusi Siyasi və Dekolonizasiya Komitəsi: "İmmiqrantların iqtisadi təsiri və ətraf mühitlə yerdəyişməsi və miqrasiyanın siyasi sabitliyə təsiri";

• BMT-nin "Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı: "Silahlı münaqişə bölgələrində qida təhlükəsizliyinin təminatı".

Konfrans zamanı iştirakçılar müxtəlif ölkələri təmsil edərək mövzu üzrə müzakirə və debatlar aparacaq, problemə həll yolları təklif edərək qətnamələr hazırlayacaqlar.

Qeyd: Konfrans ingilis dilində keçiriləcək.

Konfrans zamanı iştirakçılar müxtəlif ölkələri təmsil edərək mövzu üzrə müzakirə və debatlar aparacaq, problemə həll yolları təklif edərək qətnamələr hazırlayacaqlar.

Son qeydiyyat tarixi: 30 aprel, 23:59.

 Qeydiyyat linki: LİNK

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 1091
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 244
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 8077
Sumqayıt Dövlət Univ...