Çərşənbə axşamı, 1 İyul, 2025

Marka meneceri vakansiyası


  • Dərc edildi: 6 Fevral, 2023 - 20:58
Marka meneceri vakansiyası

"Veysəloğlu" MMC Qeyri-qida üzrə biznes inkişafı departamentində Marka meneceri vakansiyasını elan edir. Ətraflı məlumatla aşağıda tanış ola bilərsiniz:

İşin Təsviri: Məhsul çeşidlərinin idarə olunması, yeni çeşidlərin artırılması, bazar haqqında dolğun məlumat toplanılması, satış proqnoz və planlarının təqibinin həyata keçirilməsi. Yeni məhsulların təmsilçilərə tanıtımı, istehlakçıların istəklərinə uyğun məhsulların araşdırılması, kampaniyaların, aksiyaların hazırlanması və izlənməsi işinin təşkili.
 
Vəzifə öhdəlikləri: 
- Kateqoriyaya uyğun markaları seçmək və onları təqib etmək;
- Çeşidləri kateqoriyaya uyğun ayırmaq, satış nöqtələrini təyin etmək;
- Yeni çeşidlərin artırılması üçün müvafiq addımlar atmaq;
- İstehlakçıların ehtiyaclarını araşdırmaq, ehtiyaclara uyğun çeşidləri müəyyənləşdirmək;
- Məhsulların istifadə müddətinə nəzarəti həyata keçirmək;
- Bazarda məhsulun yayımını izləmək;
- Satış nöqtələrində çeşidlərin yayımı üçün tədbirlər hazırlamaq;
- Satış təmsilçilərində çeşid mövcudluğunu idarə etmək;
- Çeşid stoklarına nəzarət etmək, satınalma strukturu ilə birlikdə stokları mütəmadi kontrol etmək;
- Yeni fabriklərlə əlaqələr qurmaq, danışıqlar aparmaq və təkliflər hazırlayaraq rəhbərliyə təqdim etmək;
- Aylıq və günlük satış planlarını sistematik olaraq izləmək;
- Kampaniyalar hazırlamaq və on

ların həyata keçirilməsini izləmək;
- Vitrin və stendlərin, reklam vasitələrinin hazırlanmasını təmin etmək;
- Rəqib şirkətlərin fəaliyyətini, kateqoriya siyasətini izləmək və ehtiyac olduqda rəhbərliyə müvafiq təkliflər vermək;
- İş fəaliyyəti ilə bağlı gündəlik, həftəlik və aylıq hesabatlar hazırlamaq.
 
Tələblər:
-      Ali təhsil;
-       Minimum 3 il marketinq, satış sahəsində iş təcrübəsinin olması;
-       Marketinq və bazar araşdırma prinsiplərini dərindən bilməli;
-       Yüksək riyazi biliklərə malik olmalı;
-       Azərbaycan və rus dillərində səlis danışma bacarığı (İngilis dili üstünlükdür);
-       MS Office kompüter proqramından (xüsusilə Excel) sərbəst istifadə etmək bacarığı.
 
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:
- Avtonəqliyyat vasitəsinin amortizasiya və yanacaq xərcləri qarşılanır.
- Nahar ilə təmin edilir.

İş qrafiki: 5 günlük
 
Müraciət qaydaları: Bu vakansiyaya müraciət etmək istəyən namizədlər 6 mart 2023-cü il tarixinədək CV-ni mövzu bölməsində “Marka meneceri” qeyd etməklə 
[email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Xaricdə təhsil alan və Azərbaycanın ali təhsil müəssisələrindən birinə köçürülmək istəyən tələbələrin nəzərinə
01 İyul, 2025 - 09:23 64
Xaricdə təhsil alan ...
“Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrənilməsi” layihəsinin bağlanış mərasimi keçirilib
22 İyun, 2025 - 13:01 38
“Texnologiyanın tətb...
Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 217
Məktəbəhazırlıq qrup...