Cümə, 22 Avqust, 2025

“Keyfiyyətə nəzarət üzrə mütəxəssis (aparıcı mütəxəssis)”  vakansiyası


  • Dərc edildi: 19 Dekabr, 2024 - 06:44
“Keyfiyyətə nəzarət üzrə mütəxəssis (aparıcı mütəxəssis)”  vakansiyası

Xonça Fabriki “Keyfiyyətə nəzarət üzrə mütəxəssis (aparıcı mütəxəssis)”  vakansiyası ilə bağlı işə qəbul elan edir!



Tələblər:

-Ali təhsil (Standartlaşdırma, Qida təhlükəsizliyi, Qida məhsullarının ekspertizası, Qida məhsullarının texnologiyası, Keyfiyyətə Nəzarət, Kimya, Biologiya);
- Rus dili və İngilis dili ( ən azı bir dil B1 səviyyəsində ); 
- İSO 22000 və İSO 9001 üzrə sertifikatların olması üstünlükdür;
- Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi olması arzuolunandır;
- MS Office (Exceldə işləmə bacarığı yüksək olmalıdır);
- Kommunikasiya, Planlama və təşkilatçılıq, Komanda ilə işləmə, Qərarvermə, Konfliktlərin idarə edilməsi;
- İSO 9001 və İSO 22000 standartları üzrə nəzəri və praktiki biliklər;
- Kimya və Biologiya sahəsi üzrə nəzəri biliklər.

Vəzifə öhdəlikləri:

- Şirkətdə inteqrə edilmiş idarəetmə sisteminin (İSO standartları, BRS, FSSC və s.) tətbiqində iştirak etmək;
- Qida təhlükəsizliyinin minimal tələbləri haqqında personalların təlimləndirilməsini təmin etmək;
- Qəbul edilən məhsulların qanunvericiliklə müəyyən edilmiş sertifikatlarının mövcudluğuna nəzarəti təmin etmək;
- Məhsulların daşınma nəqliyyatlarının gigiyenik vəziyyətinə və daşınan məhsullara və məhsulların anbara girişinə, saxlanılmasına nəzarət etmək;
- İstehsal, qeyri-istehsal və anbar sahələrinin, personalların sanitar gigiyenik vəziyyətinə nəzarət etmək;
- Məhsulların, təsdiqlənmiş plana uyğun analiz olunmasını təşkil etmək;
- PEST control işlərinə nəzarət etmək;
- Fəaliyyəti ilə bağlı günlük, aylıq və rüblük hesabatlar hazırlayıb hesabat verdiyi instansiyaya ötürmək;
- Aşkar edilən uyğunsuzluqların aradan qaldırılması ilə bağlı müəyyən olunmuş tədbirlərin icrası və effektivliyinə nəzarət etmək.

Təminatlar:

- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 5 günlük iş qrafiki;
- Servis xidməti.

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Keyfiyyətə nəzarət üzrə mütəxəssis (aparıcı mütəxəssis)” adını mövzu hissəsində qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.


Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 273
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 62
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7163
Sumqayıt Dövlət Univ...