
"AFB Bank" ASC Risklərin idarə edilməsi üzrə baş mütəxəssis axtarışındadır !
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
İqtisadiyyat, Maliyyə, Riyaziyyat, Statistika, və ya Biznesin idarə edilməsi üzrə ali təhsil;
Əla səviyyədə Azərbaycan və İngilis dili bilikləri;
MS Office proqramlarında işləmək bacarığı , xüsusilə, yüksək səviyyədə Excel bilikləri;
Risklərin təhlili və minimallaşdırılması üzrə biliklər;
Məntiqi və analitik düşünmə tərzi.
İŞİN TƏSVİRİ:
Bankın üzləşə biləcəyi risklərin müəyyənləşdirilməsi və bu risklərin bankın aktivlərinə, mənfəətinə və ümumilikdə müvəffəqiyyətinə potensial olaraq yaratdığı təsirlərin analiz edilməsi;
Bankda risklərin idarə edilməsi ilə bağlı dataların toplanması, analiz edilməsi, risklərin ölçülməsi və əldə edilmiş nəticələrin Risklərin İdarə Edilməsi strukturunun direktoruna təqdim edilməsi;
Bankda kredit, bazar, likvidlik riskləri üzrə modellərin qurulmasında və tətbiqində iştirak;
Risklərin analizi üçün makroiqtisadi, vintaj, matris, riskdə olan dəyər, riskdə olan portfel təhlillərinin aparılması və təhlillər əsasında hesabatların hazırlanması;
Risk növləri üzrə limitlərin müəyyən olunmasında iştirak;
Aylıq olaraq bank üzrə verilmiş bütün kreditlərin düzgün təsnifləşdirilməsi və ehtiyatların yaradılmasının həyata keçirilməsi;
Risklərlə bağlı stress-testlərin keçirilməsi və risklərin azaldılması məqsədi ilə təkliflərin verilməsi.
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Risklərin idarə edilməsi üzrə baş mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur