Cümə axşamı, 5 İyun, 2025

Gənc hüquqşünaslar üçün qış düşərgəsi təşkil ediləcək


  • Dərc edildi: 25 Dekabr, 2024 - 05:04
Gənc hüquqşünaslar üçün qış düşərgəsi təşkil ediləcək

Gənc hüquqşünaslar üçün qış düşərgəsi təşkil ediləcək

 

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Almaniyanın Martin Lüter adına Halle Vittenberq Universiteti və “ADA” Universitetinin təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondu və “Ədliyyə Könüllüləri” İctimai Birliyinin dəstəyilə 14-18 yanvar tarixlərində müxtəlif təhsil pillələrində təhsil alan, eləcə də məzun olmuş gənc hüquqşünaslar üçün Bakı və Lənkəran şəhərlərində “Lex Camp” düşərgəsi keçiriləcək. 

Düşərgə çərçivəsində gənc hüquqşünaslar üçün “Mülkiyyət hüququ: müdafiə və məsuliyyət arasında” mövzusunda yerli və xarici mütəxəssislər tərəfindən müxtəlif nəzəri və praktiki təlimlər, seminarlar və keyslər üzərində iş təşkil olunacaq, rəsmilərlə panel görüşləri və digər maraqlı və səmərəli fəaliyyətlər icra olunacaq. 

Düşərgədə iştirak etmək istəyən namizədlərin nəzərinə: 

• Düşərgənin rəsmi-işgüzar dili və bütün rəsmi fəaliyyətlər ingilis dilində təşkil olunacaq;

• Düşərgədə təhsilin istənilən pilləsində hüquq ixtisası üzrə oxuyan və ya məzun olmuş 25 yaşadək şəxslər iştirak etmək üçün müraciət edə bilər. 

“Lex Camp” qış düşərgəsində iştirak etmək istəyən şəxslər dekabrın 30-dək qeydiyyat linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər. Qeydiyyat başa çatdıqdan sonra uyğun namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq. 

Düşərgə çərçivəsində keçiriləcək görüşlər və fəaliyyətlər barədə gündəlikdən məlumat əldə etmək mümkündür. 

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 241
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 67
Elm və təhsil naziri...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 164
Lisey və gimnaziyala...