Bazar ertəsi, 2 İyun, 2025

Kitabxana Resurs və İnformasiya Kompleksinin (KRİK) direktoru vakansiyası


  • Dərc edildi: 16 Yanvar, 2025 - 11:59
Kitabxana Resurs və İnformasiya Kompleksinin (KRİK) direktoru vakansiyası

Vakansiya: Kitabxana Resurs və İnformasiya Kompleksinin (KRİK) direktoru

 

Namizədə olan tələblər:

 

• LMS (Library Management System), dataların idarəolunması, informasiya idarəçiliyi və ya əlaqəli sahədə ali təhsil və ən azı 2 illik iş təcrübəsi;

• Müasir kitabxana texnologiyaları (Koha, Alma, WorldShare Management Services və s.) və elektron resurslarla işləmə bacarığı;

• Azərbaycan və ingilis dillərini sərbəst bilmək, rus dili biliyi üstünlükdür;

• Təşkilatçılıq, liderlik və effektiv ünsiyyət bacarıqları;

• Problemləri həll etmə və analitik düşünmə qabiliyyəti.

 

 Vəzifə öhdəlikləri:

 

• Universitetin missiyası və məqsədlərinə uyğun olaraq Kitabxana Resurs və İnformasiya Kompleksinin fəaliyyətinin təşkili və idarə edilməsi.

• Universitetin tələbə və akademik heyətinin kitabxana xidmətlərinə əlçatanlığın təmin edilməsi.

• Ex Libris, Koha və ya Alma kimi kitabxana idarəetmə sisteminin (LMS) tədbiqi, informasiya resurslarının əldə olunmasının planlaşdırılması və həyata keçirilməsi.

• KRİK mənbələrinin rəqəmsallaşdırılması və EBSCOhost, ProQuest və JSTOR kimi bazalarına inteqrasiyasının təmin edilməsi.

• Kompleksin fəaliyyətinin inkişafı üçün strategiyaların hazırlanması və həyata keçirilməsi.

• KRİK xidmətlərinin E-BSU sisteminə inteqrasiyasının təmin edilməsi.

 

İş şərtlərimiz:

 

• İş qrafiki: Tam iş günü (5 gün)

• İş saatları: 09:00-18:00, 13:00-14:00 nahar fasiləsi:

• Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq.

 

 Qeyd: Yalnız vakansiyanın tələblərinə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. CV-lər Azərbaycan dilində, mail-də mövzu hissəsində “Kitabxana Resurs və İnformasiya Kompleksinin (KRİK) direktoru” qeyd olunaraq [email protected] ünvanına göndərilməlidir.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 19
Elm və təhsil naziri...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 12:30 86
Qarabağ Universiteti...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 141
Lisey və gimnaziyala...