Satış üzrə baş mütəxəssis vakansiyası

Şirkət: Vision Academy

Vəzifə: Satış üzrə baş mütəxəssis

 

Vəzifə öhdəlikləri:

1. Satış Strategiyasının Qurulması və İdarə Edilməsi

  • Təhsil mərkəzinin satış planlarının və strategiyalarının hazırlanması;
  • Satış komandasının fəaliyyətinin idarə edilməsi və koordinasiyası;
  • Rəqiblərin bazardakı fəaliyyətini araşdıraraq uyğun strategiyalar hazırlanması;
  • Yeni satış texnikalarının araşdırılması və tətbiqi;
  • Satış və marketinq fəaliyyətlərinin uyğunlaşdırılması.

2. Müştəri Cəlb Etmə və Münasibətlərin Qurulması

  • Potensial tələbə və valideynlərin cəlb edilməsi;
  • Mövcud müştəri bazasının idarə edilməsi və münasibətlərin qorunması;
  • Daxil olan müraciətlərin (Mobil nömrə və Sosial media platformaları üzərindən) operativ və peşəkar şəkildə cavablandırılması;
  • Müştərilərlə sosial şəbəkələr, zəng və üz-üzə görüşlərin təşkili və kurs məhsul  satışının həyata keçrilməsi;
  • Satışın həyata keçirilməsi və proses yekunlaşana qədər izlənilməsini təmin etmək;
  • Korporativ əməkdaşlıqların qurulması və inkişaf etdirilməsi;
  • Tələbə məmnuniyyətinin artırılması üçün strategiyaların hazırlanması.

3. Reklam və Marketinq Fəaliyyətlərinin İdarə Edilməsi

  • Satış kampaniyalarının hazırlanması və icrası;
  • Rəqəmsal marketinq (sosial media, Google reklamları) vasitəsilə tələbə cəlb edilməsi;
  • Seminarlar, açıq dərslər və informasiya sessiyalarının təşkili;
  • Kütləvi informasiya vasitələri ilə iş birliyinin qurulması və PR strategiyalarının tətbiqi.

4. Satış Hədəflərinin Müəyyən Edilməsi və Analiz

  • Satış proqnozlarının təyin edilməsi;
  • Satış hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Görülən işlərin effektivliyinin mütəmadi olaraq analiz edilməsi;
  • Satış prosesindən əldə edilən rəqəmsal məlumatların idarə edilməsi və analiz edilməsi.

5. Komandanın Formalaşdırılması və İdarə Edilməsi

  • Satış komandasının fəaliyyətinin idarə edilməsi və motivasiya edilməsi;
  • Yeni işçilərin işə qəbulu və satış bacarıqlarının inkişaf etdirilməsi;
  • Satış komandasının təlim və inkişaf proqramlarının həyata keçirilməsi;
  • Satış nümayəndələrinin performans qiymətləndirilməsinin aparılması.

6.Bazar Araşdırması və Təhlil

  • Təhsil bazarını izləmək;
  • Müştərilərin tələbləri və rəqabət mühiti haqqında məlumat toplamaq;

 

 

Namizəddə Axtarılan Xüsusiyyətlər

  • Təhsil sahəsində satış və marketinq təcrübəsi üstünlükdür;
  • Yüksək ünsiyyət və inandırma bacarıqları;
  • Rəqəmsal marketinq bilikləri və satış analitikası üzrə təcrübə;
  • Analitik düşünmə və problemləri həll etmə bacarığı;
  • Komanda idarəetmə təcrübəsi;
  • Müştəri məmnuniyyətini qoruma və inkişaf etdirmə bacarığı;
  • Satış hədəflərinə nail olmaq üçün strateji planlaşdırma qabiliyyəti;
  • Rus və İngilis dilində bilməsi üstünlükdür;
  • Gələn müraciətlərin minumum 40 faizini satışa çevirmək;
  • Yaş həddi: 20-40;
  • Xanım namizədlər tələb olunur;

İş haqqında:

Əmək haqqı və Bonus Sistemi

  • ARƏM uyğun işə qəbul;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • Əmək haqqı: Sabit 600-800 AZN + satışdan bonuslar.

    • B2C satışlar: 5% komissiya
    • B2B satışlar: 10% komissiya

     

     

Tələblərə cavab verən namizədlər öz CV-lərini “Satış üzrə baş mütəxəssis” başlığı ilə [email protected] elektron poçtuna göndərə bilərlər.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az