DİM-də vakansiyalar

Struktur bölmə: Statistik araşdırmalar, elmi layihələşdirmə və innovasiyalar departamenti

Struktur vahid: Statistik araşdırmalar və elmi layihələşdirmə şöbəsi

Vəzifənin adı: məsləhətçi

Qulluq funksiyaları:

  • Ərizə qəbulunun və test imtahanlarının nəticələrinin elmi statistik təhlilinin aparılması;
  • İmtahan nəticələrinin təhlili əsasında test sisteminin təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması və qəbul edilmiş təkliflərin həyata keçirilməsində iştirak edilməsi;
  • Test tapşırıqlarının klassik və müasir test nəzəriyyələrinə əsasən elmi-statistik və psixometrik təhlilinin aparılması;
  • Test imtahanlarının nəticələrinin interpretasiyası və onların nəzərdə tutulan məqsədlər üçün istifadəsinin validasiya edilməsi işinin aparılması;
  • Test bankının parametrləşdirilməsi işinin aparılması;
  • Müxtəlif istiqamətlər üzrə qiymətləndirmə işinin təkmilləşdirilməsi üçün tədqiqatların aparılması;
  • İmtahanlarla əlaqədar elmi layihələndirmə işlərinin yerinə yetirilməsi işinin aparılması;
  • Şöbəyə daxil olan məktub və müraciətlərin araşdırılması və cavablandırılması;
  • Mərkəzin keçirdiyi imtahan, müsahibə və tədbirlərdə iştirak edilməsi (zal nəzarətçisi, imtahan rəhbəri, Mərkəzin nümayəndəsi qismində və s.).

Təhsilə dair tələblər:  ali təhsil

İş stajına dair tələbi:  tələb müəyyən edilmir

Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternet orta səviyyədə, müasir kompüter sistemlərində informasiya emalı texnologiyası

Xarici dil biliklərinə dair tələblər:  İngilis dili – B2, Rus dili – B2

Xüsusi tələblər: testlərin konstruksiya edilməsinin müasir metodologiyası, klassik test nəzəriyyəsi, müasir test nəzəriyyəsinin riyazi modelləri, tətbiqi statistika məsələlərinin həlli sahəsində nəzəri bilik və bacarıqlar, statistik paketlərlə (proqram təminatı) işləmə bacarığı

 

Vakansiya üzrə müraciət etmək istəyən şəxslər “Müraciət formasını” mövzu bölməsində “Statistik araşdırmalar və elmi layihələşdirmə şöbəsində məsləhətçi” qeyd olunmaqla [email protected] elektron poçt ünvanına 18 fevral 2025-ci il tarixinədək göndərə bilərlər.

 

Kadrlar uçotunun şəxsi vərəqəsindən fərqli formada göndərilən müraciətlərə baxılmayacaq.

 

Struktur bölmə: Statistik araşdırmalar, elmi layihələşdirmə və innovasiyalar departamenti

Struktur vahid:  Bacarıqların, vərdişlərin qiymətləndirilməsi və markerlər ilə iş şöbəsi,

Markerlərin fəaliyyətinin təhlili üzrə sektor

Vəzifənin adı: məsləhətçi

Vəzifə maaşı: 1997

Qulluq funksiyaları:

  • kuratoru olduğu fənlər (kimya və biologiya) üzrə yazı işi tapşırıqlarının qiymətləndirmə meyarlarının hazırlanması və təkmilləşdirilməsi, etalon yazı işlərinin seçilib qiymətləndirilməsi;
  • kuratoru olduğu fənlər üzrə yazı işlərinin qiymətləndirilməsinə hazırlığın (kalibrləmə prosesi) təşkili və həyata keçirilməsi;
  • kuratoru olduğu fənlər üzrə yazı işlərinin qiymətləndirilməsi prosesinin təşkili və həyata keçirilməsi;
  • yazı işlərinin qiymətləndirilməsi prosesi zamanı markerlərin fəaliyyətinin auditi;
  • yazı işlərinin yoxlanılması prosesi başa çatdıqdan sonra kuratoru olduğu fənlər üzrə qiymətləndirmə prosesinin auditi;
  • kuratoru olduğu fənlər üzrə markerlər üçün müntəzəm olaraq treninqlərin keçirilməsi;
  • markerlər bazasının formalaşdırılması, təftişi və müntəzəm işlənməsində iştirak;
  • yazı işi imtahanlarının nəticələri ilə bağlı apellyasiya prosesinin təşkilində və keçirilməsində iştirak;
  • audioqurğuların komplektasiyasında iştirak;
  • fəaliyyət istiqamətinə uyğun olaraq sektora daxil olan ərizə, təklif və şikayətlərin araşdırılması və cavablandırılması;
  • Mərkəzin keçirdiyi imtahan, müsahibə və tədbirlərdə iştirak (zal nəzarətçisi, imtahan rəhbəri, Mərkəzin nümayəndəsi qismində və s.);
  • fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələrin yerinə yetirilməsi;
  • rəhbərlik, departament müdiri, şöbə müdiri və sektor müdiri tərəfindən verilmiş əmr, sərəncam, göstəriş və digər xidməti tapşırıqların icra edilməsi.

Təhsilə dair tələblər:  Kimya müəllimliyi, kimya, biologiya müəllimliyi, biologiya ixtisaslarından biri üzrə ali təhsil

İş stajına dair tələbi:  tələb müəyyən edilmir

Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternet orta səviyyədə

Xarici dil biliklərinə dair tələblər:  İngilis dili – B1, Rus dili – B1

Xüsusi tələblər:

  • yoxlama-ölçmə materiallarının hazırlanması metodikası sahəsində nəzəri bilik və təcrübə;
  • effektiv ünsiyyət, idarəetmə, planlaşdırma və təşkilatçılıqla bağlı bacarıqlar.

Vakansiya üzrə müraciət etmək istəyən şəxslər “Müraciət formasını” mövzu bölməsində “Markerlərin fəaliyyətinin təhlili üzrə sektorda məsləhətçi” qeyd olunmaqla [email protected] elektron poçt ünvanına 18 fevral 2025-ci il tarixinədək göndərə bilərlər.

Kadrlar uçotunun şəxsi vərəqəsindən fərqli formada göndərilən müraciətlərə baxılmayacaq.

_________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

 

Struktur bölmə: Yoxlama-ölçmə materiallarının işlənməsi departamenti

Struktur vahid: Magistratura, PMS və ali təhsil üzrə digər imtahanlar sektoru

Vəzifənin adı: Böyük məsləhətçi

Qulluq funksiyaları:

  • PMS imtahanı proqramlarının və bu proqramlar üzrə testlərin tərtib edilməsi üçün ümumi metodiki göstərişlərin işlənib hazırlanmasında iştirak;
  • PMS imtahanlarının keçirilməsi üçün  istifadə olunan test tapşırıqları bankına əlavə olunmaq üçün ekspertlər tərəfindən  yeni tapşırıqların tərtibi, ekspertizası və bankın təftişi  işinin təşkili;
  • Qapalı şəraitdə PMS imtahanlarının keçirilməsi üçün  istifadə olunan test kitabçalarının hazırlanması işinin təşkili;
  • Keçirilmiş PMS imtahanlarında namizədlər tərəfindən cavablandırılmış açıq tipli test tapşırıqlarının yoxlanılması üçün meyarların hazırlanması və  yazı işlərinin yoxlanılmasının təşkili;
  • PMS imtahanları ilə bağlı Apellyasiya prosesində iştirak etmək; 
  • PMS imtahanlarında istifadə edilən tapşırıqların tərtibi, ekspertizası və açıq tipli test tapşırıqlarının yoxlama meyarlarının hazırlanması metodikasına aid elmi-metodik seminarların təşkili və təşkil olunmuş seminarlarda bu sahəyə aid respublikanın ali təhsil müəssisələrində və  ayrı-ayrı təşkilatlarda çalışan mütəxəssislərin iştirak edilməsinin təmini;
  • Məsul olduğu sahə üzrə ona məlum olan məlumatların məxfi saxlanılmasına cavabdehlik;
  • DİM-in və  sektorun fəaliyyət sahəsinə aid digər işlərin həyata keçirilməsində iştirak etmək.

Təhsilə dair tələblər:  İqtisadiyyat və idarəetmə ixtisas qrupu üzrə ali təhsil

           İş stajına dair tələbi:  Vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 2 il iş stajı

           Kompüter biliklərinə dair tələblər:  MS Windows, MS Office yüksək səviyyədə

           Xarici dil biliklərinə dair tələblər:  İngilis dili – B2, Rus dili – B2

           Xüsusi tələb: 

  • Sahəyə aid yüksək qanunvericilik bilikləri
  • Peşəkar Mühasib Sertifikatı(PMS) sertifikatı

Qeyd: Sahəyə aid beynəlxalq sertifikatları (ACCA, DipİFR və s.) olanlara üstünlük verilir.

Vakansiya üzrə müraciət etmək istəyən şəxslər “Müraciət formasını” mövzu bölməsində “Magistratura, PMS və ali təhsil üzrə digər imtahanlar sektorunda böyük məsləhətçi” qeyd olunmaqla [email protected] elektron poçt ünvanına 7 fevral 2025-ci il tarixinədək göndərə bilərlər.

Kadrlar uçotunun şəxsi vərəqəsindən fərqli formada göndərilən müraciətlərə baxılmayacaq.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az