“ Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrənilməsi” layihəsinin açılış mərasimi keçirilib

“ Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrənilməsi” layihəsinin açılış mərasimi keçirilib

 

Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsində qalib gəlmiş “ Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrənilməsi” layihəsinin açılış mərasimi keçirilib. 

Tədbirdə layihə rəhbəri Paşayeva Aynur, məktəbin direktoru, müəllimlər iştirak ediblər.Layihə çərçivəsində şagirdlərin Khan Academy öyrənmə platformasının dəstəyi ilə riyaziyyat fənninin əhəmiyyətini, mənasını və faydalarını daha erkən mərhələdə başa düşmələri təmin ediləcək. 

Qarşılaşdıqları riyazi anlayışları oyun və nailiyyətlər vasitəsilə konstruktiv şəkildə öyrənməsinə imkan yaradılacaq.Valideynlər isə statistik məlumatlara daxil olaraq övladlarının sinifdəki vəziyyəti haqqında məlumat almaq imkanı əldə edəcəklər.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az