reklam

Gənclər və İdman Nazirliyi təsərrüfat hesablı Gəncə Olimpiya İdman Kompleksinin direktoru vəzifəsinə işə qəbul elan edir

Gənclər və İdman Nazirliyi təsərrüfat hesablı Gəncə Olimpiya İdman Kompleksinin direktoru vəzifəsinə işə qəbul elan edir.



Qeyd edilən vəzifəyə namizədlər aşağıdakı ilkin tələblərə cavab verməlidir:

- Ali təhsil;
- Minimum iş stajı 5 il;
- Yaş həddi 55 yaşadək.

Təqdim ediləcək sənədlər:

- CV forması (CV-də və “mövzu” bölməsində iddia edilən vəzifənin adı mütləq qeyd olunmalıdır, CV Azərbaycan dilində tərtib edilməlidir);
- Şəxsiyyət vəsiqəsinin surəti;
- Ali təhsil haqqında diplomun surəti.

Qeyd: CV forması aydın şəkildə, tam doldurulmayan və qeyd edilən tələblərə cavab verməyən namizədlərin sənədlərinə baxılmayacaq.

Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq və müsahibəyə dəvət olunacaqlar.

İdarəetmə və idman sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək. Müsahibə nəticələrinə uyğun olaraq yalnız seçilmiş namizədlərə bu barədə məlumat veriləcək.

Sənədlər [email protected] elektron poçt ünvanına göndərilməlidir.

Müraciət üçün son tarix: 25 noyabr 2024-cü il, saat 12:00-dək

Əlavə məlumat üçün telefon: 187


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az