Bazar ertəsi, 14 İyul, 2025

“Məktəblilər üçün Debat Forum” layihəsinə qeydiyyat başladı


  • Dərc edildi: 19 May, 2023 - 16:17
“Məktəblilər üçün Debat Forum” layihəsinə qeydiyyat başladı

 Dəyərli məktəblilərimiz,

“Məktəblilər üçün Debat Forum” layihəsinə qeydiyyatı açıq elan edirik! 

İnkişaf etmək, öyrənmək, əylənmək, və yeni dostlar qazanmaq üçün Debat Foruma qoşulun və qeydiyyatdan keçin! 

Gənclər və İdman Nazirliyi dəstəyi, Elm və Təhsil Nazirliyi tərəfdaşlığı və DVC-nin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan “Məktəblilər üçün Debat Forum” layihəsinə start verilir.

Layihənin məqsədi məktəblilər arasında Ulu öndər Heydər Əliyev irsinin təbliğ etmək, məktəblərin şagirdlərinin debat metodologiyası vasitəsilə inkişafına töhfə vermək və onların komanda ilə işləmə, araşdırma və təqdimat bacarıqlarını artırmaqdır.

Forum haqqında:
• Foruma 3 bölmə (azərbaycan, rus, ingilis) üzrə keçiriləcək;
• 6-11-ci sinif şagirdləri müraciət edə bilər;
• Forum çərçivəsində məlumat sessiyası, təlimlər, şou-debatlar, çıxışlara hazırlıq görüşləri, turnirlət və yay məktəbi təşkil olunacaq;
• Debatlar seçilən mövzu üzrə 3 dildə aparılacaq;
• Bakı şəhərində yerləşən məktəblərdən olan 300 şagird iştirak edəcək;
• Forumda fərqlənən şagirdlərə diplom və medallar, bütün iştirakçılara isə sertifikat təqdim olunacaq.

Son qeydiyyat tarixi: 31/05/2023, saat 18:00

Layihə növbəti mərhələrdə Bakı şəhəri ilə yanaşı digər bölgəıərimizdə də təşkil olunacaq. Bu barədə məlumatlar yaxın zamanda elan olunacaq.

Qeydiyyat üçün: https://forms.gle/FnpiwudinaacnrDS8

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Yeni məzunlar üçün IT sahəsi üzrə yaxşı fürsət var
11 İyul, 2025 - 09:47 4225
Yeni məzunlar üçün I...
Tələbələrin köçürülməsi prosesinə start verilir
10 İyul, 2025 - 12:54 180
Tələbələrin köçürülm...
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır!
08 İyul, 2025 - 12:23 139
Məktəbəhazırlıq qrup...