Bazar ertəsi, 23 İyun, 2025

“Heydər Əliyev irsinin təşviqi innovativ həllərdə” Rəqəmsal İdeya Müsabiqəsi


  • Dərc edildi: 19 May, 2023 - 16:51
“Heydər Əliyev irsinin təşviqi innovativ həllərdə” Rəqəmsal İdeya Müsabiqəsi

Yeni Azərbaycan Partiyası / New Azerbaijan Party Aparatı, YAP Gənclər birliyi və Bakı Ali Neft Məktəbinin (Baku Higher Oil School ) birgə təşkilatçılığı ilə “Heydər Əliyev irsinin təşviqi innovativ həllərdə” Rəqəmsal İdeya Müsabiqəsinə start verilir!

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan müsabiqənin əsas məqsədi Yeni Azərbaycan Partiyasının gənc fəallarının innovasiyayönümlü potensialının aşkarlanması, komanda quruculuğu bacarıqlarının təkmilləşdirilməsi və ölkəmizdəki innovasiya ekosistemində gənclərin iştirakçılığının artırılmasıdır.

Müraciət edəcək gənclər arasından yekunda 120 nəfər müsabiqə iştirakçısı olmaq şa

nsını qazanacaq.

“Heydər Əliyev irsinin təşviqi innovativ həllərdə” adlı Rəqəmsal İdeya Müsabiqəsində iştirakçılar 9 saat ərzində xüsusi mentorlarla komanda katalizatoru, hakaton, intellekt rinqi, beyin fırtınası, ideyalar sərgisi və layihələrin təqdimatından təşkil olunmuş komanda yarışlarında ən yaxşı olmaq üçün mübarizə aparacaq və qaliblər mükafatlandırılacaqdır.
Siz də yeni çağırışlara öz töhfənizi vermək arzusundasınızsa, “Heydər Əliyev irsinin təşviqi innovativ həllərdə” adlı Rəqəmsal İdeya Müsabiqəsində iştirak üçün qeydiyyatdan keçməyə tələsin!

Qeydiyyat linki: bit.ly/3BCJJJO

Son qeydiyyat tarixi: 01.06.2023, 23:00

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 126
Məktəbəhazırlıq qrup...
Eduaspect: Təhsildə Yeniliklərin Bələdçisi
13 İyun, 2025 - 04:20 764
Eduaspect: Təhsildə ...
Sertifikatlaşdırmada hansı suallara hazır olmalıyam? – Cavabı buradan oxu!
12 İyun, 2025 - 15:43 186
Sertifikatlaşdırmada...