reklam

Öyrənmə və İnkişaf üzrə Mütəxəssis vakansiyası

Müraciət tarixi: 21/11/2022 - 01/12/2022

İş yeri: Baş ofis

Vəzifə: Öyrənmə və İnkişaf üzrə Mütəxəssis

 

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı  İnsan Resursları departamenti daxilində Öyrənmə və İnkişaf üzrə mütəxəssis vəzifəsinə işçi axtarışı elan edir.

Rol haqqında

Öyrənmə və İnkişaf üzrə mütəxəssis Öyrənmə və İnkişaf menecerinə hesabat verməklə, şirkətdə təlim təşəbbüslərinin yaradılması, həyata keçirilməsi və nəzərdən keçirilməsi üzrə cavabdehdir. Eyni zamanda, Öyrənmə və İnkişaf üzrə mütəxəssis Yeni İşçinin işə Uyğunlaşma prosesi çərçivəsində lazımi dəstəyə, prosesin ümumi koordinasiyasına dair məsuliyyət daşıyacaq və əsas Dəyərlərimiz və Strategiyamıza uyğun olan işçilərin təlim proqramları ilə təmin olunmasını təşkil edərək prosesə nəzarət edəcək.

Vəzifənin əsas öhdəlikləri hansılardır?

  • Təlim fəaliyyətini koordinasiya etmək: şirkətdə müxtəlif vəzifələrə aid olan təlim sessiyalarını hazırlamaq və həyata keçirmək
  • Bütün tədris proqramlarını vaxtında həyata keçirmək
  • Hər hansı dəyişikliyi əks etdirmək üçün davamlı olaraq keçirilən təlim proqramlarını vaxtaşırı qiymətləndirmək
  • Müvafiq təlim ehtiyaclarının həyata keçirilməsi üçün müxtəlif Təlim və Xidmət Təminatçıları ilə danışıqlar aparmaq
  • Müvafiq təlim ehtiyaclarını qarşılamaq üçün təlim proqramlarını hazırlamaq və təşkil etmək
  • Daxili Təlim proqramlarının hazırlanması ilə bağlı şirkət daxilində müvafiq mövzu üzrə mütəxəssislərlə/ekspertlərlə əməkdaşlıq
  • Tanınmış təlim texnikası və vasitələrdən istifadə edərək təlim proqramlarını təqdim etmək (tədris təlimatı, virtual təlim, e-tədris, iş yerində öyrənmə və məsləhət alma və s.)
  • Tədris otağı, avadanlıq və ya təlimatçının uyğunluğuna əsasən tədrislərin qrafik üzrə təşkili
  • Kursu effektiv şəkildə tədris etmək üçün təlimatçıların lazım olan bütün vasitələrə, texniki avadanlıqlara və resurslara malik olmasını təmin edərək təlim məkanlarını hazırlamaq
  • Ümumi inzibati vəzifələrə nəzarət etmək, məsələn, tədris qeydiyyat formunun yazılmasının koordinasiya edilməsi, tədris vaxtlarının və məkanların qrafikə salınması və bütün təlim iştirakçılarına tədris dəvətnamə məlumatlarının göndərilməsi
  • Təlim proqramlarının gedişini və effektivliyini ölçmək üçün uyğun dəyərləndirilmənin təşkili
  • Tədris qeydiyyat sənədlərinin saxlanılması, işçilərin iştirakına nəzarət etmək
  • Təlim fəaliyyətinə və ya proqramın effektivliyinə nəzarət etmək, qiymətləndirmək və müvafiq qeydlər aparmaq
  • İşçilərin uğur və irəliləyişlərini izləmək
  • Yeni işçilərin İşə Uyğunlaşma prosesi çərçivəsində müvafiq təlim proqramları ilə təmin olunmasını təmin etmək (Onbordinq proqramının həyata keçirilməsi)
  • Yeni işçilərə inkişaf yolunda dəstək vermək, təlimatlandırmaq

Namizəddən gözləntilərimiz

  • Biznesin İdarə Edilməsi, Təlim, İnsan Resursları və ya əlaqəli sahə üzrə Bakalavr dərəcəsi
  • Təlim Mütəxəssisi və ya oxşar rolda ən azı 1 il iş təcrübəsi
  • Bir qrup insana təlim ilə bağlı təlimatların verilməsi təcrübəsi
  • Ənənəvi və müasir tədris metodları, alət və texnika ilə tanışlıq
  • Təlimçi kimi təcrübə (üstünlük olaraq dəyərləndiriləcək)
  • Ofis proqramları (MS Office) və təqdimat proqramları (PowerPoint və s.) üzrə peşəkar təcrübə
  • Komanda ilə işləmək və detallara diqqət etmək bacarığı
  • Bir neçə tapşırığın öhdəsindən gəlmək və verilənləri qiymətləndirmək və təhlil etmək bacarığı
  • Təsirli və yüksək Ünsiyyət (həm şifahi, həm də yazılı), Təqdimat bacarıqları
  • Vaxtın mükəmməl İdarə Edilməsi və Təşkilatçılıq bacarıqları
  • Dil Bilikləri: Azərbaycan dili – səlist; İngilis dili – sübut olunmuş Orta səviyyə.

 

Seçimlərdə növbəti addımlar

Əgər bu rol sizin üçün maraqlıdırsa və qlobal standartlara malik olan və savadlı kadrlar ilə əhatə olunan şirkət mühitində işləmək, inkişaf etmək, vəzifə daxilində məsuliyyəti öz üzərinizə götürmək, işinizə sahiblənmək kimi fəaliyyətlər sizi maraqlandırır və həyəcanlandırırsa, onda

müraciət etmək üçün âaşağıdakı ONLAYN ƏRİZƏ FORMASI düyməsinə basın, ,01 Dekabr 2022 (günün sonu) tarixindən gec olmamaq şərtilə CV-nizi əlavə edin və HR komandamızdan xəbər almağı gözləyin!

Müraciətlərinizi qeyd olunmuş son tarixədək etməyi çalışın. Çünki prosesin şəffaflığı və səmərəliliyini təmin etmək üçün müraciətlərin rəsmi son tarixindən sonra alınan müraciətlər qəbul olunmayacaq.

Vakansiyanın əsas tələblərinə uyğun olan namizədlərlə “FINCA Azerbaijan” İR komandasının müvafiq əməkdaşları əlaqə saxlayıb, vakansiya üzrə Seçim prosesini izah edib, lazımi dəstək göstərəcəklər.

“FINCA Azerbaijan” haqqında

“FINCA Azerbaijan” icma-əsaslı 17 mikromaliyyə institutu və banka sahib “FINCA Impact Finance” şəbəkəsinin bir hissəsidir və Azərbaycanda 1998-ci ildən bəri fəaliyyət göstərir.  Bu qlobal şəbəkə aşağı gəlirli müştərilərin və icmaların öz gələcək həyatlarına yatırım etmələri üçün onlara yenilikçi, məsuliyyətli və əsaslı təsir imkanları olan maliyyə xidmətləri təklif edir. “FINCA Azerbaijan” ölkənin aparıcı mikromaliyyə təşkilatı olaraq kiçik sahibkarların gəlirlərini artırmasını təşviq etmək niyyəti ilə onlara müxtəlif kredit məhsulları təklif edir. “FINCA Azerbaijan” kənd təsərrüfatı üzrə kreditlərin verilməsinə daha çox önəm verir.

ONLAYN ƏRİZƏ FORMASI


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az