Şənbə, 12 İyul, 2025

Xarici dövlətlərdə təhsil almış ərizəçilər üçün peşə tanınması imtahanları təşkil ediləcək


  • Dərc edildi: 3 Aprel, 2023 - 14:35
Xarici dövlətlərdə təhsil almış ərizəçilər üçün peşə tanınması imtahanları təşkil ediləcək

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli, 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 6.2-ci bəndinə əsasən müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xarici dövlətlərdə ali təhsil almış ərizəçilərin müvafiq kvalifikasiya üzrə peşə kompetensiyalarının Azərbaycan Respublikasında nəzərdə tutulmuş peşə kompetensiyalarının tələblərinə uyğunluğu Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahan vasitəsilə müəyyənləşdirilir.

Məlumat üçün bildiririk ki, Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunacaq peşə tanınması üzrə ilk imtahanın 29 aprel 2023-cü il tarixində keçirilməsi gözlənilir.

Qeyd olunan ixtisaslar üzrə xaricdə təhsil almış və eyni zamanda göstərilən tarixdə imtahanda iştirak etmək istəyən ərizəçilər 20 aprel 2023-cü il tarixinədək www.taninma.az keçidi vasitəsilə elektron qaydada qeydiyyatdan keçməklə müraciət edə bilərlər.

İmtahanda iştirak edəcək şəxslərə qeydiyyatdan keçərkən qeyd etdikləri əlaqə vasitələri ilə imtahan haqqında ətraflı məlumat göndəriləcəkdir.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Yeni məzunlar üçün IT sahəsi üzrə yaxşı fürsət var
11 İyul, 2025 - 09:47 2051
Yeni məzunlar üçün I...
Tələbələrin köçürülməsi prosesinə start verilir
10 İyul, 2025 - 12:54 143
Tələbələrin köçürülm...
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır!
08 İyul, 2025 - 12:23 122
Məktəbəhazırlıq qrup...