Mağaza Satış Meneceri vakansiyası

Baku Electronics satış sahəsində təcrübəyə sahib olan namizədləri Mağaza Satış Meneceri vəzifəsinə müraciət etməyə və peşəkar komandamızın bir üzvü olmağa dəvət edir.

Xüsusi tələblər:
·        Satış sahəsində minimum 2 il iş təcrübəsi;
·        Yüksək yazılı və şifahi ünsiyyət bacarıqları;
·        Problemləri effektiv şəkildə həll etmək;
·        Yüksək məsuliyyət, təşəbbüskarlıq və operativlik;
·        Müştərilərə xidmət qaydalarını və metodlarını, satış psixologiyasını və prinsiplərini bilmək;
·        İdarəetmə və təşkilatçılıq bacarıqları.

Vəzifə öhdəlikləri:
·        Mağazanın daxili fəaliyyətlərini gündəlik olaraq tənzimləmək və satışla bağlı bütün əməliyyatlara nəzarət etmək;
·        Mağazada şirkət standartlarının və satış keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
·        Mağaza üzrə satış hesabatlarını, gündəlik, həftəlik və aylıq olaraq hazırlamaq və təqdim etmək;
·        Mağaza əməkdaşlarının daxili nizam-intizam qaydalarına riayət etməsinə daim nəzarət etmək;
·        Mağazanın satış həcmini və işçilərin xidmət keyfiyyətini artırmaq üçün lazımi işləri yerinə yetirmək;
·        Gündəlik satış müşahidələri və həftəlik satış görüşləri keçirməklə pərakəndə satış komandası üzvlərini inkişaf etdirmək və öyrətmək;
·        Gündəlik olaraq satışa nəzarət etmək və satış üzrə qoyulan hədəflərə çatmaq üçün müvafiq tədbirlər görmək;
·        Mağazadakı satış komandasının istiqamətləndirilməsi və idarə olunması üzrə gündəlik toplantılar keçirmək və onlara tapşırıqlar vermək;
·        Satışları artırmaq və gündəlik tapşırıqları yerinə yetirmək üçün bütün işçilərin idarə edilməsini təmin etmək;
·        Satış hədəflərini komanda üzvləri arasında bölüşdürmək və icrasını təmin etmək;
·        Sənədləşmə işinin aparılması, müvafiq qaydada cari əməliyyatların, hesabatların, sənədlərin tərtib edilməsi və məsul şəxslərə göndərilməsini təmin etmək.
 
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Mağaza Satış Meneceri” qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az