“NA Group” təlim, tədris və xidmətlər mərkəzində OFİS MENECERİ vakansiyası elan olunur.
İşin təsviri:
• Əmək funksiyaları ilə bağlı tapşırıqları vaxtında və düzgün yerinə yetirmək;
• Kursa daxil olan və çıxan sənədlərin qəbulu, qeydiyyatı və aidiyyatı şəxslərə çatdırılması;
• Kənar təşkilatlara, müəssisələrə göndərilən məktubların və müqavilələrin tərtib olunması;
• Kurs xidmətləri, təlimləri haqqında müştəriləri dolğun məlumatlandırmaq; • Daxil olan telefon zənglərinin cavablandırılması və aidiyyatı şəxslərə yönləndirilməsi;
• Ofis texnikası ilə işləmək;
• Qonaqları qarşılamaq, çay, kofe və s. təklif etmək,
Namizədə olan tələblər:
• Ali təhsil;
• Ciddi, məsuliyyətli və verilən tapşırıqları vaxtında yerinə yetirmək bacarığı olmalı;
• Kurs sahəsində mütləq ən az 1 il iş təcrubəsi; (mütləqdir)
• MS Office proqramları biliyi; (əsasən excel və word)
• Azərbaycan dili-səlis, rus dili arzuolunandır;
• Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
• Kollektivlə işləmə bacarığı;
• Yalnız xanım namizəd;
Əmək haqqı görüş zamanı müəyyən olunacaqdır. Bir müddət sonra bonus sistemidə olacaqdır.
Siz elektron poçtun “mövzu” yerinə “Ofis meneceri” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.
Qeyd : İlkin məlumat üçün mərkəzimizin rəsmi sayıtnı https://www.nagroup.az/ qeyd edirik. Tanış ola bilərsiniz. Çox xahiş edirik, çalışqan, operativ və öz üzərində inkişaf etmək istəyən, özünə və şirkətə dəyər qata biləcək, hədəfləri olan şəxslər müraciət etsin.