Şənbə, 7 İyun, 2025

Strateji inkişaf üzrə böyük mütəxəssis vakansiyası


  • Dərc edildi: 13 Yanvar, 2023 - 15:15
Strateji inkişaf üzrə böyük mütəxəssis vakansiyası

Dövlət Məşğulluq Agentliyi

Beynəlxalq tərəfdaşlıq və strateji inkişaf departamentinin böyük mütəxəssisi

Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq

Vəzifə və funksiyaları:
Agentliyin strateji məqsəd və planlarının hazırlanmasında iştirak etmək;
Agentliyin strateji inkişaf istiqamətləri, habelə dövrü əməliyyat planlarının və xidməti fəaliyyətin qiymətləndirilməsi üzrə hədəflərin hazırlanmasında iştirak etmək;
Agentliyin strateji məqsəd və planlarının icrasına nəzarət etmək;
Agentliyin fəaliyyət istiqamətlərinin təkmilləşdirilməsi ilə bağlı beynəlxalq təcrübələri araşdırmaq və təklif paketləri hazırlamaq;
Agentliyin fəaliyyəti üzrə təhlillər aparmaq, müqayisəli bençmarklar tətbiq etmək;
Funksional büdcə proqnozlaşdırma və büdcənin icrasına nəzarət proseslərində iştirak etmək.

Vəzifənin tutulmasına dair tələblər:

Təhsil tələbi: Ali (İqtisadiyyat, Hüquq, İdarəetmə, Sosial elmlər və ya oxşar sahələr);
İş stajı: Minimum 2 il iş təcrübəsi (Strateji inkişaf, təhlil, planlanlaşdırma sahəsi üzrə təcrübəsi o

lanlara üstünlük verilir).
Dil bilikləri: dövlət dili (sərbəst), ingilis dili (sərbəst), rus və digər dillər (arzuolunandır);
Kompüter bilikləri: “Microsoft Office” proqramları (yaxşı səviyyədə).
Akademik və praktik mənbələrdən fərqli dillərdə araşdırma bacarığı;
Əmək bazarı və məşğulluq tədbirlərinin mövcud vəziyyətini və gələcək inkişafını təhlil etmə bacarığı;
Analitik düşüncə və təkliflərin təqdim edilmə bacarığı;

Vəzifəyə dair tələb edilən şəxsi keyfiyyətlər və bacarıqlar:

Məsuliyyətlilik;
Etibarlılıq, dürüstlük;
İnkişaf yönümlü və innovativlik;
Operativlik, çeviklik;
Təşəbbüskarlıq;
Nəticəyə hədəfli;

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Strateji inkişaf üzrə böyük mütəxəssis” qeyd etməklə [email protected] email ünvanına göndərmələri xahiş olunur.

Həmçinin CV-lərinizi https://www.cvyarat.az/ platformasında da yaradaraq göstərilən vakansiyaya müraciət edə bilərsiniz.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 122
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 297
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 84
Elm və təhsil naziri...