Cümə axşamı, 5 İyun, 2025

Hüquq şöbəsinin təcrübəçisi vakansiyası (Maaşlı)


  • Dərc edildi: 6 Dekabr, 2023 - 00:23
Hüquq şöbəsinin təcrübəçisi vakansiyası (Maaşlı)

Təcrübəçi

Struktur vahidinin adı

Hüquq şöbəsi


 

Struktur bölmənin adı


 

İş rejimi

Gündəlik


 

Vakansiyaya müraciət üçün son tarix

12-12-2023


 

İş yerinin ünvanı

Bakı


 

Şərtlər

Hüquq şöbəsinin təcrübəçisi “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətin (Cəmiyyət) fəaliyyəti ilə bağlı hüquqi təminat (dəstək), təhlil və ekspertiza, habelə hüquqi risklərin idarəedilməsi üzrə işlərin təşkili və tənzimlənməsi prosesində iştirak edəcəkdir.

Cəmiyyət bu vəzifənin icrası üçün çevik, həvəsli, hüquq sahəsi üzrə zəruri bilik və bacarıqlara sahib təcrübəçi axtarışındadır. Proqram ödənişlidir.

ƏSAS TƏLƏBLƏR :

-  Təhsil tələbi: Ali təhsil;

-  Təhsil ixtisası: Hüquqşünaslıq ixtisası;

- Kompüter bilikləri: MS Office proqramları;

- Azərbaycan dili (mükəmməl səviyyədə), ingilis dili (sərbəst), rus dili (arzuolunandır).


 

DAVRANIŞ BACARIQLAR:

-   Məsuliyyət

-   Ünsiyyət

-   Yazılı özünü ifadə

-   Detallara diqqət

-   Nəticə yönümlülük

- Keyfiyyət yönümlülük


 

Öhdəliklər

 

Cəmiyyətin fəaliyyəti istiqaməti üzrə əqdlərin, korporativ aktların və digər hüquqi sənədlərin layihələrinin hazırlanması, uyğunluğunun yoxlanması, hüquqi ekspertizası prosesində iştirak etmək;

Cəmiyyətin rəhbərliyi, struktur bölmələri tərəfindən sorğu edilən hüquqi məsələlərlə bağlı rəy və arayışların tərtibatı prosesində iştirak etmək;

Cəmiyyətin bütün fəaliyyət istiqamətləri üzrə normayaratma və əqdlərin bağlanması prosesində iştirak etmək;

Cəmiyyətin tərəf olduğu məhkəmə işləri üzrə zəruri prosessual sənədlərin (iddia ərizəsinin, iddia ərizəsinə dair etirazın, apellyasiya, kassasiya və əlavə kassasiya şikayətlərinin, apellyasiya, kassasiya və əlavə kassasiya şikayətlərinə dair etirazların) hazırlanmasında iştirak etmək.

 

BİLMƏLİDİR:

 Azərbaycan Respublikasının Konstitusiyasını, mülki, kommersiya, əmək, vergi hüquq münasibətlərini tənzimləyən və Cəmiyyətin fəaliyyəti ilə əlaqədar digər qanunvericilik aktlarını.

 

Müraciət et

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 48
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 265
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 74
Elm və təhsil naziri...