Cümə, 11 İyul, 2025

“Rabitəbank” ASC, “Mikro kredit işçi” təcrübə proqramına start verir!


  • Dərc edildi: 20 Sentyabr, 2023 - 18:23
“Rabitəbank” ASC, “Mikro kredit işçi” təcrübə proqramına start verir!

“Rabitəbank” ASC, “Mikro kredit işçi” təcrübə proqramına start verir!

Uğurlu karyera qurmağınız üçün Sizi aramızda Rabitə qurmağa dəvət edirik!

Bu proqram Sizə nələr qazandıracaq?

  • Müştəri xidməti sahəsi ilə tanışlıq və işin öyrədilməsi;
  • Mikro kredit məhsulları və xidmət satışının həyata keçirilməsinin öyrədilməsi;
  • Aktiv marketinq təbliğatının aparılması və potensial biznes müştərilərinin axtarışı;
  • Müştərilərin və tələb olunduğu halda zaminlərin biznes fəaliyyətini təhlil etmək;
  • Qayda və prosedurlara əsasən tərtib edilmiş sənədləri təstiqə təqdim etmək;
  • Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqə saxlamaq.
  • Bankın peşəkar əməkdaşları tərəfindən keçirilən təlimlərdə iştirak.

Proqramda iştiraka dair tələblər:

  • Ali təhsil (İqtisadi yönümlü olması arzuolunandır);
  • Yüksək ünsiyyətqurma qabiliyyəti;
  • Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
  • Təşəbbüskarlıq və yenilikləri öyrənmə qabiliyyəti;
  • Satış qabiliyyətinin olması;
  • İşguzar və hədəf yönlü, problemləri həll etmə bacarığı;
  • Müştəriyönümlülük, məsuliyyətlilik və operativ qərarvermə qabiliyyəti.

Proqramda iştirak etmək istəyən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına “mikro kredit işçisi təcrübə” başlığı ilə göndərə bilərlər.

Qeyd: növbəti mərhələdə  yalnız tələblərə uyğun olan namizədlər seçilib, keçid edəcəklər.

Əlaqə vasitələri:

E-mail: [email protected]

Telefon: (012) 598 44 88,

Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Yeni məzunlar üçün IT sahəsi üzrə yaxşı fürsət var
11 İyul, 2025 - 09:47 690
Yeni məzunlar üçün I...
Tələbələrin köçürülməsi prosesinə start verilir
10 İyul, 2025 - 12:54 121
Tələbələrin köçürülm...
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır!
08 İyul, 2025 - 12:23 110
Məktəbəhazırlıq qrup...