reklam

SMM üzrə iş dünyasına ilk addımınızı atmağa hazır olun! (ÖDƏNİŞSİZ)

SMM üzrə iş dünyasına ilk addımınızı atmağa hazır olun!

Gələcək karyerasını Sosial Media Marketinqi (SMM) sahəsində qurmaq istəyən xanımları Güzəran İB tərəfindən təşkil olunan “SMM Haqqında Başlanğıc” təliminə dəvət edirik. Bu təlim, sosial media marketinqinin əsas prinsiplərini öyrənmək və effektiv bir təcrübə qazanmaq istəyən hər kəs üçün mükəmməl bir fürsətdir.

Kimlər üçündür:

SMM sahaəsində karyera qurmaq istəyən, o cümlədən bu sahədə baza biliklərini genişləndirmək istəyən xanımlar. Seçim zamanı regionlarda yaşayan xanımlara üstünlük verilə bilər. 

Təlim mövzuları: 

Dərs 1. 15 sentyabr, saat 18:00-20:00 - SMM nədir, SMM menecerinin işi nədən ibarətdir. 

Dərs 2. 16 sentyabr, saat 12:00-14:00 - Sosial şəbəkələr, Sosial Media məqsədlərinin təyini.  Auditoriyalar. 

Dərs 3. 18 sentyabr, saat 18:00-20:00 - Kontent nədir, Kontent formaları. Kontent planın hazırlanması.  

Dərs 4. 19 sentyabr, saat 18:00-20:00 - Mətnlərlə iş, Vizuallar, video və s. 

Dərs 5. 20 sentyabr, saat 18:00-20:00 - Fərqli kontent formaları. Praktiki tapşırıqlar. Alətlər. 

Dərs 6. 21 sentyabr, saat 18:00-20:00 - Ödənişli Sosial Media reklamları. Targeting. Meta Ads.

Dərs 7. 22 sentyabr, saat 18:00-20:00 - Nəticələrin təhlili. Statistik göstəricilər.

Dərs 8. 23 sentyabr, saat 12:00-14:00 - Influencerlər. Tapşırıqlar. SMM üzrə iş imkanları və müraciət prosesi.

 

Təlimçilər:

Təlim ölkənin aparıcı şirkətləri ilə uzun illik təcrübəyə malik marketinq mütəxəssisləri İlqar Mirzə və Vüsalə Həsrətli tərəfindən tədris olunacaq. 

Məkan:

Təlim 8 dərsdən ibarətdir və 15-23 sentyabr tarixləri aralığında onlayn şəkildə Zoom üzərindən keçiriləcək. 

Təlimi uğurla bitirən iştirakçılar sertifikatlar, həmçinin real iş mühitində təcrübə əldə etmək şansı qazana bilərlər. 

Müraciət 

Qeydiyyat üçün aşağıdakı linkə daxil olun və müraciət formasını doldurun. 

https://tinyurl.com/smmtelim

Seçilmiş iştirakçılarla əlaqə saxlanılacaq. 

Təlim layihəsi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. 


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az