Karyera bacarıqlarının artırılması üçün təlim kursuna qeydiyyat başlanıb

Karyera bacarıqlarının artırılması üçün təlim kursuna qeydiyyat başlanıb

 

Gənclərin karyera həyatında özünü ifadə etmək kimi bacarıqlarının artırılması üçün layihəyə başlanılıb. “Uşaq və Yeniyetmələrə Dəstək” (UYD) ictimai birliyi “Karyerada özünüifadə bacarıqları” layihəsini Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə, Azərbaycan İncəsənət Məktəbi və “Human Development Center”in təşkilatı dəstəyi ilə icra edir. 

UYD-dən verilən məlumatda qeyd edilir ki, gənclərin fərqli mühitlərdə böyüməsi onlarda müxtəlif xüsusiyyətləri formalaşdırır. Həmin xüsusiyyətlər gənclərin inkişafına həm mənfi, həm də müsbət təsirlər edə bilir. Gənclərdə formalaşan xüsusiyyətlərdən biri də utancaqlıqdır. Harvard Tibb Məktəbinin araşdırmasına görə, utancaqlıq- əlaqələrin qurulmasına, iş məhsuldarlığına və karyera yüksəlişinə mane olur. Layihə gənclərin utancaqlıqla bağlı mübarizə apara bilməsinə və karyera inkişafına nail olmasına dəstək vermək ideyasını daşıyır. 

Layihənin icra müddəti 2023-cü ilin iyul-oktyabr aylarını əhatə edir. Layihə müddətində Bakı şəhərində 15 təlim keçiriləcək. Təlimlərə tələbələr, məzunlar və iş həyatına yeni başlayan gənclər cəlb olunacaq. Fəal təlim metodları ilə gənclərin öz qorxu və narahatlıqlarını tanımalarına, fikir mübadiləsində iştiraklarına və kütlə qarşısında çıxışlarına şərait yaradılacaq. 

Təlimlər mədəniyyət işçisi Dağlar Yusif, Dövlət Məşğulluq Agentliyinin əməkdaşı Pərviz Əfəndizadə, karyera təlimçisi Fərhad Abdulov və şəxsi inkişaf mütəxəssisi Murad Məmmədovun iştirakı ilə təşkil olunacaq. Təlimlərdə iştirak etmək istəyən gənclər 17 sentybar tarixinə qədər UYD ictimai birliyinin ( @uydib ) sosial şəbəkə hesablarındakı qeydiyyat forumu ( https://bit.ly/KaryeraBacarıqları ) vasitəsilə müraciət edə bilərlər. 


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az