Bazar ertəsi, 25 Avqust, 2025

"Könüllü gömrükçü" dəstəsinə üzv olmaq istəyən gənclərin DİQQƏTİNƏ!


  • Dərc edildi: 16 Avqust, 2024 - 00:12
"Könüllü gömrükçü" dəstəsinə üzv olmaq istəyən gənclərin DİQQƏTİNƏ!

"Könüllü gömrükçü" dəstəsinə üzv olmaq istəyən gənclərin DİQQƏTİNƏ!

 

     Azərbaycan Respublikasının "Könüllü fəaliyyət haqqında" Qanununa və Dövlət Gömrük Komitəsi sədrinin "Dövlət Gömrük Komitəsinin sistemində könüllülük hərəkatının inkişafı ilə bağlı tədbirlər haqqında" sərəncamına əsasən Dövlət Gömrük Komitəsində "Könüllü gömrükçü" dəstəsi fəaliyyət göstərməkdədir.

     Bildiririk ki, Dövlət Gömrük Komitəsi nəzdində yaradılmış "Könüllü gömrükçü" dəstəsinin üzvləri Komitənin müxtəlif struktur bölmələrində fəaliyyətlərini uğurla davam etdirməkdədir. "Könüllü gömrükçü" dəstəsinə üzvlər "Ehtiyyat üzvlər bazası"ndan müsahibə yolu ilə seçilir. "Könüllü gömrükçü" dəstəsi üzrə yaranmış vakant yerlərə görə növbəti müsahibənin cari ilin avqust ayının 20-dən etibarən keçirilməsi nəzərdə tutulur.

      Bu mərhələdə regionlarda yerləşən gömrük orqanlarında da könüllü gömrükçülərin fəaliyyəti bərpa ediləcək.

    Müsahibədə iştirak etmək istəyən (ali təhsil müəssisəsində təhsil alan və ya ali təhsil müəssisəsini bitirmiş) gənclər (18-29 yaş)  avqustun 6-dan sentyabrın 1-dək aşağıdakı linkə daxil olmaqla qeydiyyatdan keçə bilərlər.

    Müraciətin Dövlət Gömrük Komitəsinə daxil olması ilə bağlı Sizə məlumat veriləcək.

Müraciət et

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 494
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 97
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7376
Sumqayıt Dövlət Univ...