Bazar ertəsi, 25 Avqust, 2025

Azərbaycan Supermarket MMC "Praktikum" Maaşlı Təcrübə Proqramına qəbul elan edir


  • Dərc edildi: 16 Avqust, 2024 - 09:44
Azərbaycan Supermarket MMC "Praktikum" Maaşlı Təcrübə Proqramına qəbul elan edir

Azərbaycan Supermarket MMC "Praktikum" Maaşlı Təcrübə Proqramına qəbul elan edir.



Proqram haqqında:

Müddət: 3 ay (Oktyabr-Dekabr);
Maaşlı;

Tələblər:

Azərbaycan Respublikasının vətəndaşı olmalı;
Bakalavr pilləsinin 2023-2024-cü il məzunları, magistr tələbələri olmalı;
Təhsil müəssisəsinin təqdim etdiyi rəsmi transkriptə əsasən CumGPA 2.5-dən yuxarı, digər qiymətləndirmə sistemində isə 75%-dən yüksək olmalı;
Microsoft Office proqramlarını bilməli. İT sahəsində təcrübə proqramları üçün əlavə texniki biliklər tələb oluna bilər;
Kommunikasiya bacarığı; Korporativ dəyərlərə uyğun olmaq; Çeviklik; Komandada İşləmə bacarığı;

Nə əldə edəcəksiniz?

Azərbaycanın aparıcı şirkətlərindən birində praktiki təcrübə qazanmaq və yeni layihələrdə iştirak etmək;
Peşəkarlarla çalışmaq və əlaqələr qurmaq imkanı;
Şirkətin daxili biznes prosesləri haqqında ətraflı məlumat əldə etmək;
Komanda işi, ünsiyyət, vaxtın idarəedilməsi kimi bacarıqları təkmilləşdirmək;
Təcrübəli mütəxəssislərdən öyrənmək fürsəti;

Müraciət etmək istəyən şəxslər aşağıdakı linkə keçid edərək müraciət formasını doldura bilər: https://www.bravosupermarket.az/career/

Müraciət üçün son tarix: 31 avqust, 2024

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 529
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 100
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7397
Sumqayıt Dövlət Univ...