Bazar ertəsi, 11 Avqust, 2025

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi təsərrüfat hesablı obyektin rəhbər vəzifəsinə sənəd qəbulu elan edir


  • Dərc edildi: 8 Avqust, 2022 - 21:40
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi  təsərrüfat hesablı obyektin rəhbər vəzifəsinə sənəd qəbulu elan edir

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi aşağıda adı qeyd edilən təsərrüfat hesablı obyektin rəhbər vəzifəsinə sənəd qəbulu elan edir:

“Daşkəsən Gənclərin Təlim və İstirahət Mərkəzi” MMC-nin direktoru (Daşkəsən rayonu)

Qeyd edilən vəzifəyə namizədlər aşağıdakı ilkin tələblərə cavab verməlidir:

 Ali təhsil;

 Gənclər sahəsində minimum iş stajı 2 il;

Yaş həddi 45 yaşadək.

Təqdim ediləcək sənədlər:

Linkdə verilmiş (https://bit.ly/36pHHjZ) CV forması doldurulmalıdır (CV-də və “mövzu” bölməsində iddia edilən vəzifənin adı mütləq qeyd olunmalıdır, CV Azərbaycan dilində tərtib edilməlidir);

Şəxsiyyət vəsiqəsinin surəti;

Ali təhsil haqqında diplomun surəti.

Qeyd: CV forması aydın şəkildə, tam doldurulmayan və qeyd edilən tələblərə cavab verməyən namizədlərin sənədlərinə baxılmayacaq.

Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq və müsahibəyə dəvət olunacaqlar. İdarəetmə və gənclərlə iş sahəsində təcrübəsi olan namizədlərə üstünlük veriləcək. Müsahibə nəticələrinə uyğun olaraq yalnız seçilmiş namizədlərə bu barədə məlumat veriləcək.

 Sənədlər 8 avqust 2022-ci il tarixindən etibarən [email protected] elektron poçt ünvanına göndərilməlidir.

Müraciət üçün son tarix: 15 avqust 2022-ci il, saat 12:00-dək

Əlavə məlumat üçün telefon: (012) 465-65-72

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 6213
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1271
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 491
“İnnovativ məktəb” l...