İcra işləri üzrə baş mütəxəssis/ baş hüquqşünas vəzifəsi üzrə vakansiya

" Boa Agency" ASC İcra işləri üzrə baş mütəxəssis/ baş hüquqşünas vəzifəsinə vakansiya elan edir.



Vəzifə öhdəlikləri:

Hüquqi məsələlərin həlli
Problemli borclar üzrə yığımın təşkili və yığım prosesinin davamlılığının təmin edilməsi
Məhkəmə qərarlarının icra edilməsinə nəzarət və dəstəyin verilməsi
İcra mərhələsində ərizələrin aidiyyəti üzrə təqdim edilməsi və müraciətin icra edilməsinin təmin edilməsi
Qərarların icrasının təmin edilməsi üzrə işlər görülməsi, icra məmurları ilə mütəmadi olaraq əlaqə saxlanılması, icraatda olan işlərin cari vəziyyəti ilə əlaqədar məlumatların alınması, icra hərəkətlərinin aparılmasının təmin edilməsi
Borclulara qarşı ödəniş məqsədi ilə məcburi icra tədbirlərinin görülməsinin təmin edilməsi, borcluların əmək haqqına yönəldilməsi, borclularla ödənişin təmin edilməsi üçün müvafiq danışıqların aparılması
İcra işləri şöbəsinin rəhbəri tərəfindən həmçinin PKİD (problemli kreditlərin idarə edilməsi departamentinin) rəhbəri tərəfindən tapşırılmış vəzifələrin yerinə yetirilməsi həmçinin qoyulmuş hədəflərə çatmaq, təşkilatın qarşıya qoyduğu məqsədlərinə nail olması üçün daim çalışmaq.

Vakant vəzifə üzrə tələblər:
Ali təhsil (hüquq təhsili və ya icra şöbəsində 3 ildən artıq iş təcrübəsi)
Müvafiq iş sahəsində 3-4 il iş təcrübəsi olmalı və məhkəmə qərarlarının icrası sahəsində və ya icra şöbələrində 3 il iş təcrübəsi olmalı
AR İcra haqqında qanunu bilməli
Ofis proqramlarında işləmə bacarığı (Word, Excel və.s)
Kollektivdə işləmə qabiliyyəti olmalı
Şirkətdaxili nizam-intizam qaydalarına riayət etməli
Rayonlar üzrə ezamiyyələrə getməyə hazır olmalı
Azərbaycan dilində səlis danışıq bacarığı (rus dili arzuolunandır)


İş şəraiti:
• İş qrafiki: həftə içi 5 gün, 09:00-18:00 (Bazar ertəsi - Cümə)
• Şənbə və bazar istirahət
• Nahar fasiləsi: 13:00–14:00

Sizə nə təklif edirik?
• AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə
• Rahat ofis və əlverişli iş mühitində çalışma imkanı
• Əmək haqqına mükafat və əlavə bonuslar
• Korporativ nömrəylə təmin edilmə
• Rəsmi dövlət bayramları və xüsusi günlərdə istirahət
• Karyera və inkişaf perspektivləri.


Maraqlanan şəxslər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində mütləq vəzifənin adı yazılmalıdır.


Ünvan: Nəsimi rayonu, 4 mkr., Mir Cəlal küç.36 D; (012) 310 39 21
 


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az