Bazar, 3 Avqust, 2025

"İR Assistent'' vakansiyası


  • Dərc edildi: 26 İyun, 2024 - 00:44
"İR Assistent'' vakansiyası

Ramco şirkətində "İR Assistent'' vakansiyası aktivdir.



Namizədə olan tələblər:
· Ali təhsil;
· Müvafiq sahədə minimum 1 il iş təcrübəsinə (tikinti şirkətində) malik olmaq;
· Kompüter bilikləri: MS Office(Excel və 1C biliyi mütləqdir);
· Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət qurmaq bacarığı, ingilis dili və rus dili biliyi arzuolunandır;
· Dəqiq nizam intizamlı, məsuliyyətli olmaq;
· Operativ və gördüyü işə cavabdehlik;
· Komandada sərbəst işləmək bacarığı.
 
 Vəzifə öhdəlikləri:
· Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə uyğun işçilərin qəbulu, başqa vəzifəyə keçirilməsi, işdən azad edilməsi və s. sənədlərin rəsmiləşdirilməsi;
· İşçilərin şəxsi işlərinin hazırlanması və lazımi sənədlərin toplanması
· Davamiyyətlərə nəzarəti həyata keçirtmək;
· Məzuniyyət, ezamiyyət, işə qəbul, işdən azad olunmaya və digər kadr kargüzarlığına aid olan sənədləri hazırlayır, imzaya təqdim edir, qeydiyyata alır, imzalanmış sənədlərin vaxtında müvafiq struktur bölmələrə təqdim olunmasını təmin etmək;
· Kadr sənədlərinin qovluqlara yığılması, qovluqlarda sənədlərin, o cümlədən işçilərin əmək kitabçalarının tam və səliqəli şəkildə saxlanılması üçün məsuliyyət daşımaq.
 
İş qrafiki:
· İş qrafiki : Həftə içi 5 gün;
· İş saatları: 08:30-17:30;
· Əmək haqqı: 554-631 azn;
· İş yeri: Yasamal ray, Mirəli Seyidov küç. 28/30 (21 saylı məktəbin yaxınlığında)
 
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İR Assistent” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 5464
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 911
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 318
“İnnovativ məktəb” l...