İR üzrə mütəxəssis vakansiyası
Vəzifəyə aid qoyulan tələblər:
· Təhsil: Ali təhsil;
· Təcrübə: 3 illik iş təcrübəsi;
· Yaş: 25 – 30 (bəy namizəd)
· Dil bilikləri: Rus dili mütləqdir (mükəmməl səviyyədə);
· ERP və Microsoft Office (Excel yaxşı səviyyədə) proqramlarını bilməli;
· Xarici ölkələrə ezamiyyələrə açıq olmalı;
Vəzifə öhdəlikləri:
· İşçilərin şəxsi işlərini hazırlayır və formalaşdırır, onlarda əmək fəaliyyəti ilə bağlı olan dəyişiklikləri qeyd edir
· Əmək qanunvericiliyinə, əsasnamə, təlimat və müəssisə rəhbərlərinin əmrlərinə müvafiq olaraq işçilərin işə qəbul edilməsi, vəzifə dəyişikliyi, ezamiyyət, məzuniyyət və işdən azad olunmalarını rəsmiləşdirir;
· Əmək müqavilələrini doldurur və tərəflərin arasında imzalanmasına nəzarət edir;
· İş stajının hesabını aparır, işçilərin hazırkı və keçmiş fəaliyyəti haqqında arayış verir;
· İş vaxtının istifadəsi cədvəlinin hazırlayır və gündəlik qeydləri aparır;
· İşçilər tərəfindən təqdim olunmuş “Əmək qabiliyyəti olmamaq vərəqəsi”ni qəbul edir, yoxlayır, insan resurslarına aid olan bölməni doldurur;
· İşçilərə məzuniyyətlərin verilməsinin qeydiyyatını aparır, növbəti il üçün məzuniyyət qrafikinin tərtib olunmasında iştirak edir;
· Əmrlərin, sərəncamların, eləcə də icrası nəzarət tələb edən tapşırıqların uçotunu aparır;
· Əmək üzrə perspektiv və illik planların işlənib hazırlanmasında iştirak edir;
· İşçilərin gündəlik davamiyyətlərinə nəzarət edir və müdirə hesabat verir;
Şəxsi keyfiyyətlər:
· Nitqi aydın və səlis olmalı;
· Fikrini düzgün şəkildə izah edə bilmək qabiliyyəti olmalı;
· Məsuliyyətli və səbrli olmalı;
Əlavə məlumatlar:
· Korporativ nömrə və danışıq balansı;
· Könüllü tibbi sığorta;
· AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə;
· Əmək haqqı: İşçinin bilik və bacarığına əsasən təyin olunacaq;
· İş qrafiki: 5 günlük iş qrafiki.
Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu
hissəsində “İR üzrə mütəxəssis” sözünü qeyd edərək [email protected] e-ünvanına göndərsinlər.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur