Marketinq Mütəxəssisi vakansiyası

Marketinq Mütəxəssisi Axtarırıq - Yaradıcı Düşüncələrinizlə Bizimlə Olun!



Vəzifə öhdəlikləri:


Şirkətimizin məqsədlərinə uyğun olaraq yeni marketinq strategiyaları hazırlamaq, icra etmək və onların uğurlu nəticələrə çatmasını təmin etmək;
Sosial media platformalarında (Instagram, Facebook, LinkedIn və s.) və digər rəqəmsal kanallarda reklam kampaniyaları yaratmaq və optimallaşdırmaq;
Müxtəlif marketinq kampaniyalarına dair müştərilərdən gələn rəyləri analiz edərək, məhsul və xidmətlərin optimallaşdırılmasına töhfə vermək;
Yeni məhsul və xidmətləri bazara təqdim etmək üçün cəlbedici kampaniyalar hazırlamaq və həyata keçirmək;
Şirkətin əvvəlki marketinq fəaliyyətlərini qiymətləndirərək, gələcəkdə daha yaxşı nəticələr əldə etmək üçün təkmilləşdirmələr həyata keçirmək;
Hər bir sosial platforma üçün uyğun məzmunlar hazırlamaq, postlar, videolar və digər vizual materiallarla şirkətimizin görünürlüyünü artırmaq;
Kampaniyaların effektivliyini ölçmək və nəticələrə əsaslanaraq yeni strategiyalar yaratmaq;
Müxtəlif, cəlbedici və fərqli marketing ideyaları ilə şirkətimizi bazarda daha çox tanıtmaq;
Marketinq fəaliyyətlərinin ümumi gedişatını izləmək, göstəriciləri analiz edərək rəhbərliyə mütəmadi olaraq hesabatlar təqdim etmək;
Marketinq komandası ilə sıx işləyərək layihələri birlikdə inkişaf etdirmək və uğurla tamamlanmasına dəstək olmaq;
Marketinq sahəsindəki yenilikləri izləyərək şirkətimizin fəaliyyətlərini daim güncəlləmək və yeni ideyalar təqdim etmək.


Namizədə qoyulan tələblər:


Ali təhsil (Marketinq, İqtisadiyyat, PR və ya əlaqəli sahələr üzrə);
Marketing sahəsində ən azı 2 il iş təcrübəsi, xüsusilə rəqəmsal və sosial media marketinqində.
Ezamiyyə səfərlərinə açıq olmaq;
Marketinq analitik alətlərindən yüksək səviyyədə istifadə bacarığı;
Kreativ və innovativ yanaşmalarla yeni ideyalar təqdim etmək;
Həm yazılı, həm də şifahi ünsiyyət qabiliyyətinin yüksək olması;
Çoxsaylı layihələri paralel olaraq idarə etmək və son tarixlərə riayət etmək bacarığı;
Azərbaycan dili mükəmməl, İngilis dili və ya Rus dili bilikləri üstünlükdür.


Bizim təklif etdiklərimiz:


Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
İş qrafiki: Həftə içi 5 gün saat 9:00-18:00;
Əmək haqqı - 1300;
İş yeri - Bakı ofisi;
Yaradıcı və dinamik iş mühiti;
Şirkət daxili tədbirlər və komanda qurma fəaliyyətləri.

Bizimlə irəliləmək və fərq yaratmaq istəyirsinizsə, CV-nizi [email protected] e-mail ünvanına göndərin!


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az