“Zəfərdən Zəhmətə “ adlı həqiqi hərbi xidməti başa vurmuş gənclər üçün xüsusi təcrübə proqramı

“Azerfloat” QSC 11.09.2024 – cü il tarixindən “Zəfərdən Zəhmətə “ adlı həqiqi hərbi xidməti başa vurmuş gənclər üçün xüsusi təcrübə proqramına başlayır. Təhsil müəssisənizin məzunları üçün proqramda iştirak imkanları yaradaraq onların şəxsi və peşəkar inkişafına töhfə vermək niyyətindədir.


• Ali/natamam ali təhsilli;
• Həqiqi hərbi xidməti başa vurmuş;
• İş təcrübəsi olmayan həqiqi hərbi xidməti başa vurmuş gənclər üçün “Zəfərdən Zəhmətə “ adlı xüsusi təcrübə proqramıdır.
Proqramın məqsədi : Həqiqi hərbi xidməti bu il başa vurmuş gənclərə təcrübə müddəti ərzində istehsalat proseslərində praktiki bilik və təcrübə qazandırmaq, gənclərin texniki biliklərinin inkişafına dəstək olmaq və Azerloat zavodunun işgüzar mühitinə inteqrasiyasını təmin etməkdir. Seçilmiş mentorlar təcrübəyə cəlb olunmuş gənclərə iş prosesini izah etməklə yanaşı, iş etikası, ünsiyyət bacarıqları, təhlükəsizlik qaydaları, komanda işi, liderlik, problem həll etmə və zamanın idarə olunması kimi bacarıqları aşılıyacaqlar.
Proqram müddəti : “Zəfərdən Zəhmətə “ Təcrübə proqramı 3 ay müddətində davam edir. 


Seçim prosesi: 3 mərhələdən ibarət olacaq.


1. Müraciətlərin qəbulu;
2. Test;
3. Fərdi müsahibə.
Təcrübə keçiriləcək sahələr:
• Mühasibatlıq
• İstehsalat mühəndisliyi
• İstehsalat üzrə operator 
• NÖC və Avtomatika mühəndisliyi 
• Mexanika mühəndisliyi 
• Sənaye qaz istehsalı
• Elektrik mühəndisliyi 
• İnformasiya Texnologiyaları 
• Satış


İş şəraiti:
• Əmək haqqı 315 azn/net;
• Servis;
• Nahar yeməyi;
• 5 günlük iş rejimi/ 08:00-17:00.
Qeyd :Proqramı uğurla başa vuran iştirakçılara rəsmi sertifikatlar təqdim olunur və onlara işə qəbul imkanları təklif edilir.
Son müraciət tarixi: 01.10.2024
Namizədlər [email protected] email ünvanına təcrübə keçmək istədikləri sahənin adını mütləq şəkildə yazaraq cv ləri ilə müraciət edə bilərlər.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az