Vakansiya: İnsan resursları üzrə menecer
İş yeri: Bakı
İş qrafiki: 5 günlük iş həftəsi (iş saatları 09:30- 18:00)
Əmək haqqı: Namizədin bilik və təcrübəsindən asılı olaraq müsahibədə müəyyən olunacaq
Nahar: Şirkət tərəfindən verilir
Vəzifə öhdəlikləri:
HR strategiyasının hazırlanması,izlənməsi və inkişaf etdirilməsi;
Şirkətin vakansiya ehtiyaclarının analiz edilməsi və işə qəbul proseslərinin operativ icra edilməsi;
İşə qəbul kanallarının genişləndirilməsi və dövlət müəssisələri ilə əməkdaşlıqların icra edilməsi;
Şirkətin ehtiyat işçi bazasının formalaşdırılması;
Təşkilati strukturun biznes ehtiyaclarına uyğunluğunun təmin edilməsi;
Şirkət üzrə performans idarəetmə sisteminin tətbiqinin təmin edilməsi;
Şirkət üzrə əməkdaşların təlim-inkişaf sisteminin tətbiqinin təmin edilməsi və inkişaf ehtiyaclarına uyğun təlimlərin təşkil edilməsi;
İnsan Resursları fəaliyyətinə dair hesabatların tərtib edilməsi və məlumatların yenilənməsinin icra edilməsi;
Vəzifə təlimatlarının dövrü olaraq aktuallığının yoxlanılması və təmin edilməsi;
Şirkətin nizam-intizam proseslərinin icrasının təmin edilməsi;
Şirkətin İnsan Resursları siyasətinin qorunması və fəaliyyətin təmin olunması;
İnsan Resursları üzrə müxtəlif hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Namizədə tələblər:
Təhsil: Ali (İqtisadiyyat, Menecment, İnsan Resursları və s.)
İnsan Resurslarının idarə olunması üzrə min 3-5 il iş təcrübəsi
AR Əmək Məcəlləsini əla səviyyədə bilməsi
İş fəaliyyətini qanunvericilik və qaydalara uyğun olaraq təşkil etmək
Məsuliyyətli, obyektiv və etibarlı
Məxfilik və gizlilik prinsiplərini saxlamaq
İşə planlı yanaşma və operativlik
Etik davranış qaydalarına əməl etmək
Təşkilatçılıq, vaxtın idarə edilməsi və tapşırıqların prioritetləşdirilməsi bacarığı
MS Office proqramları (Excel, Word, PowerPoint) Outlook və s. İşləmək bacarığı
Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiya adı qeyd olunmaqla [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
*Vakansiya adı qeyd olunmayan CV-lərə baxılmayacaq.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur