Bazar, 10 Avqust, 2025

“MEDİA könüllüləri” Proqramına yenidən qeydiyyat başladı


  • Dərc edildi: 29 Avqust, 2022 - 11:09
“MEDİA könüllüləri” Proqramına yenidən qeydiyyat başladı

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi “MEDİA könüllüləri” Proqramına yenidən qeydiyyat elan edir. 

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi #media sahəsinin inkişafı istiqamətində həyata keçirilən #layihələr çərçivəsində gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların təcrübi biliklərini artırmaq, yaradıcı-innovativ potensialını stimullaşdırmaq və ölkədə #könüllülük hərəkatını inkişaf etdirmək məqsədi ilə “Media könüllüləri” Proqramına yenidən qeydiyyat elan edir. 

#Proqram müddətində könüllülərin nəzəri və təcrübi biliklər qazanması üçün Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və müxtəlif media subyektlərində təşkil ediləcək təcrübə proqramları, #təlimlər və layihələrdə iştirakı nəzərdə tutulur. “MEDİA könüllüləri” proqramı medianın inkişafının gənclər tərəfindən təşəbbüs edilən müxtəlif layihələrlə dəstəklənməsini, gənclərin bu sahədə maarifləndirilməsini təmin edəcək.

Media könüllüsü kimi fəaliyyət göstərmək istəyən gənclər üçün aşağıdakı tələblər müəyyən olunmuşdur:

− Ali təhsil (hazırda təhsilini davam edənlər daxil olmaqla)

− İntizamlılıq

− Təşkilatçılıq

− Kollektivdə işləmək bacarığı

− Operativlik

− Kompüter bacarığı

− Təşəbbüskarlıq

“MEDİA könüllüləri” Proqramı oktyabr ayından başlayaraq 3 ay müddətində davam edəcəkdir. Könüllülük fəaliyyətini uğurla başa çatdırmış və öz öhdəliklərini yerinə yetirmiş #könüllülər Proqramın sonunda Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən sertifikatla təltif olunacaqlar. 

Müraciət üçün son qeydiyyat tarixi 20 sentyabrdır. Media könüllüsü olmaq istəyən  18-29 yaş arası gənclər https://bit.ly/MEDİAkönüllü linkinə daxil olaraq qeydiyyatdan keçməlidir.

Əlavə suallar üçün ⤵️

[email protected]

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 6190
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1261
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 489
“İnnovativ məktəb” l...