Çərşənbə, 21 May, 2025

ÖDƏNİŞSİZ Peşəkar Elektronika Təlimlərinə qeydiyyat başladı!


  • Dərc edildi: 28 Sentyabr, 2022 - 15:43
ÖDƏNİŞSİZ Peşəkar Elektronika Təlimlərinə qeydiyyat başladı!

Diqqət! ÖDƏNİŞSİZ Peşəkar Elektronika Təlimlərinə qeydiyyat başladı!

Elektronikanı peşəkar səviyyədə öyrənib real iş şəraitində tətbiq etmək istəyirsinizsə, Elektronika təlimlərinə ödənişsiz qoşulun!

İnnovasiyalar və Rəqəmsal İnkşaf Agentliyinin start verdiyi Technest Təqaüd Proqramı çərçivəsində Code and More təlim mərkəzi tərəfindən həyata keçiriləcək təlimlərə müraciət etməyə tələsin!

Təlimlərimiz müddətində aşağıdakı imkanlardan yararlanacaqsınız:

• Real iş sektorunda çalışan təcrübəli müəllimlər tərəfindən tədris.

• İş yerlərinin ehtiyacına uyğun hazırlanmış detallı təlim proqramı.

• Bilik və bacarıqları düzgün mənimsədən peşəkar tədris metodları.

• Real layihələrdə işləmə imkanları.

Tədris proqramına əsasən iştirakçılar aşağıdakı istiqamətlər üzrə bilik əldə edəcəklər:

• Elektronikanın əsasları,

• Elektron komponentlərin yoxlanılması və tətbiqi,

• Dövrələrin qurulması,

• Mikrokontrollerlər və onların proqramlaşdırılması,

• Peşəkar layihələrin işlənilməsi

Təlimin müddəti 10 aydır. Təlimə 100 nəfərin seçilməsi nəzərdə tutulur.

Qəbul müsabiqə və müsahibə əsasında həyata keçiriləcək. Bu mərhələləri uğurla keçmiş namizədlər oktyabr ayından etibarən təlimlərə başlayacaqlar.

Təlimi müvəffəqiyyətlə bitirən və müvafiq sertifikat əldə etmiş məzunlara karyera qurma imkanları istiqamətində dəstək veriləcək.

Müasir standartlara cavab verən laboratoriyalarda Elektronika təlimlərinə İNDİ QOŞUL!

Qeydiyyat: https://technest.idda.az/

Əlaqə: +994 55 805 68 50

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Şirvan STEAM Mərkəzinə vakansiya elan olunur
20 May, 2025 - 23:00 160
Şirvan STEAM Mərkəzi...
Müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək istəyən şəxslərin nəzərinə
20 May, 2025 - 17:33 1252
Müəllimlərin işə qəb...
Təhsil İnstitutu yenidən “Müasir metodist” müsabiqəsi elan edir!
20 May, 2025 - 17:05 378
Təhsil İnstitutu yen...