“Texniki istismar üzrə mütəxəssis” vakansiyası

“Pizza Mizza” MMC-yə “Texniki istismar üzrə mütəxəssis” tələb olunur.

  "Pizza Mizza" restoranlar şəbəkəsinin yaranma ideyası 2000-ci ilə təsadüf edir. "Pizza Mizza" nazik xəmirdə Alman keyfiyyətinə əsasən hazırlanan pizza deməkdir. Reseptləri unikaldır və inqrediyentləri isə ideal şəkildə uyğunlaşdırılmışdır. Hazırlıq zamanı yalnız yüksək keyfiyyətli avropa məhsullarından istifadə olunur. Yeməklərin hazırlanması prosesinə xüsusi şəkildə nəzarət olunur. Pizza Mizza yalnız alman dəqiqliyi deyil, o eyni zamanda kulinariyaya özəl italyansayağı yanaşmadır. İlk "Pizza Mizza" şöbəsinin açılışı 6 may 2014-cü ildə baş tutmuşdur.

İş barədə məlumat:

 

- Qida və Sənaye avadanlıqlarına texniki xidmət, texniki baxış, servis xidməti və validasiya xidmətlərinin göstərilməsi və yenisi ilə əvəz edilməsinin təşkili

- İş prosesini həyata keçirən bütün təhlükəsizlik norma və standartlarına əməl edilməsi

- İcra edilən işlərin qeydiyyata alınması və hesabatların təqdim edilməsi

-Avadanlıqların ehtiyat hissələrinin araşdırılması ve tapılması

- Əmək təhlükəsizlik qaydalarına və əsas fəaliyyət göstəriciləri tələblərinə riayət edilməsi

- Bütün avadanlıqların vaxtında profilaktik işlərinin təşkili

- Zəruri hallarda təmir işlərinin icra edilməsi

- Bütün avadanlıqların inventara daxil edilməsi

- Bütün avadanlıqların qeydiyyatı və tarixlər üzrə işlərin aparılması

- Daimi bazarı araşdırıb autsors (kənar) ustaların tapılması

 

Namizədə tələblər:

- Yaş 25-45

- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
- -Şəxsi nəqliyyat vəsitəsinin olması mütləqdir

-Alət və avadanlıqlar ilə işləmə bacarıqları

- Elektrik, mətbəx və digər avadanlıqları üzrə anlayış və təmir etmə bacarığı

- Verilən tapşırığı sərbəst araşdırma qabiliyyəti

- İşində dəqiq, məsuliyyətli və komandada işləmək bacarığı

- Operativ və nizam-intizamlı

 

İş şəraiti:

  • İş vaxtı qrafikə əsasən, 6 günlük
  • Əmək haqqı müsahibə əsasında və nahar pulu

 

Maraqlananlar CV-lərini “Texniki istismar üzrə mütəxəssis” başlığı altında  [email protected] elektron ünvanına göndərə bilərlər. 

https://pizzamizza.az/az/resume/ linkindən də məlumatları təqdim etmək mümkündür.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az