Cümə axşamı, 14 Avqust, 2025

"Kibertəhlükəsizlik Akademiya Koordinatoru" vəzifəsi üzrə təcrübəçi vakansiyası


  • Dərc edildi: 16 Noyabr, 2022 - 20:36
"Kibertəhlükəsizlik Akademiya Koordinatoru" vəzifəsi üzrə təcrübəçi vakansiyası

Özünü inkişaf etdirmək və ya kibertəhlükəsizlik sahəsində karyera qurmaq istəyənlər üçün "Kibertəhlükəsizlik Akademiya Koordinatoru" vəzifəsinə təcrübəçi komanda yoldaşı axtarırıq. Tədris müddətində administrativ proseslərdə dəstək olacaq, onların ümumi müraciətləri ilə məşğul olacaq və tələbələrlə Akademiya arası əlaqələri koordinasiya edəcək və əlavə olaraq aşağıdakı vəzifələri yerinə yetirəcək təcrübəçi axtarırıq.

Öhdəliklər:

• Təlim proqramlarının hazırlanması və təkmilləşdirilməsi

• Nəzarət və davamiyyətin yoxlanılması

• Təlimçilərin dərs prosesinə nəzarət

• Tələbələrlə hazırlıq öncəsi görüşlər təşkil etmək

• Təlim cədvəllərinin təlimçilərə və tələbələrə göndərilməsi

• Təlim cədvəllərinin hazırlanması və cədvələ uyğun dərslərin təşkili

• Dərsin keyfiyyətinə nəzarət

• Sertifikatlaşma və imtahanların hazırlanmasına nəzarət

Mərkəz haqqında:

Kiber Təhlükəsizlik Platforması 2019-cu ildə informasiya təhlükəsizliyi kollektivi tərəfindən ölkəmizdə kibertəhlükəsizlik ekosisteminin və təhsil infrastrukturunun inkişafına dəstək məqsədi ilə qurulmuş olan və daxilində 4 əsas 2 köməkçi strukturu birləşdirən qlobal akkreditasiyalı kibertəhlükəsizlik platformasıdır.

Namizəddə tələblər:

-lV kurs tələbələri və məzunlara üstünlük verilir

-Görüşlərin təşkili, danışıqların aparılması üzrə bacarıqlar

-İşə qəbul müsahibə əsasında aparılacaq.

İş şəraiti:

Ünvan: Kiber Təhlükəsizlik Platforması Sumqayıt

Həftəlik iş qrafiki: 1-3 3-7 gün (Hibrit)

İş saatları: 11-00, 16.00

Əmək haqqı: Razılaşma yolu ilə

Müraciət üçün :

Özünüzü bizim komandamızda görmək istəyirsinizsə, CV-nizi [email protected] ünvanına “Akademiyanın Kordinatoru Təcrübəçi” başlığı altında göndərə bilərsiniz. Əlavə məlumat üçün Kiber Təhlükəsizlik Platformasının əlaqə saxlaya bilərsiniz.

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 6501
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1448
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 566
“İnnovativ məktəb” l...