Bazar, 6 İyul, 2025

“Şuşa şəhərinin iqtisadi və mədəni inkişafının beynəlxalq arenada təbliği” layihəsinə start verilir!


  • Dərc edildi: 16 Noyabr, 2022 - 21:54
“Şuşa şəhərinin iqtisadi və mədəni inkişafının beynəlxalq arenada təbliği” layihəsinə start verilir!

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, ELSA Azerbaijan təşkilatçılığı ilə “Şuşa ili”nə həsr edilmiş “Şuşa şəhərinin iqtisadi və mədəni inkişafının beynəlxalq arenada təbliği” layihəsinə start verilir!

3-5 dekabr tarixlərində keçiriləcək layihə çərçivəsində iştirakçılar Şuşa şəhərinin mövcud iqtisadi potensialının inkişaf etdirilməsinin, mədəni irsinin qorunmasının hüquqi aspektləri, eləcə də mövcud bölgədən olan məcburi köçkünlərin qayıdışından sonra başqa millətlərlə birgəyaşayışın hüquqi problemləri, bölgədə baş vermiş beynəlxalq humanitar hüquq pozuntuları və tarixi-mədəni irsin dağıdılmasının hüquqi nəticələri mövzularında müxtəlif təlimlərdə iştirak edəcək, daha sonra isə qruplar şəklində praktiki məşğələlərə cəlb olunacaqlar.

Layihənin ilk 2 günü Bakı şəhərində, son günü isə Şuşa şəhərində baş tutacaq.

Layihənin sonuna qədər iştirak etmiş şəxslərə hədiyyə və sertifikatlar veriləcək.

Son qeydiyyat tarixi: 30.11.2022 23:59

Qeydiyyat linki: https://forms.gle/RxctvwwgWuLjUH2t8

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Xaricdə təhsil alan və Azərbaycanın ali təhsil müəssisələrindən birinə köçürülmək istəyən tələbələrin nəzərinə
01 İyul, 2025 - 09:23 199
Xaricdə təhsil alan ...
“Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrənilməsi” layihəsinin bağlanış mərasimi keçirilib
22 İyun, 2025 - 13:01 86
“Texnologiyanın tətb...
Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 272
Məktəbəhazırlıq qrup...