"FireWorks" HRM-in təşkilatçılığı ilə baş tutacaq vörkşopda iştirak edərək bu yay özünüzə investisiya edin və payıza daha güclü, inamlı və karyeraya hazır şəkildə başlayın!
Vörkşopda sizi gözləyir:
3 mövzu – CV hazırlanması, LinkedIn profilinin təkmilləşdirilməsi, müsahibəyə hazırlıq
3 əsas fəaliyyət – şəbəkələşmə, real praktika müzakirələri, sual-cavab sessiyası
3 saatlıq intensiv təlim – praktiki və nəticəyönümlü yanaşma
Peşəkar təlimçi və karyera kouçu olan Laura Həmidovanın təcrübəsi və yanaşması sayəsində bu vörkşop sizi növbəti karyera mərhələnizə hazırlayacaq.
Vörkşop xanımlar üçün xüsusi olaraq nəzərdə tutulub və karyerasında dönüş nöqtəsi axtaran, inkişaf və dəyişikliyə hazır olan hər kəs iştirak edə bilər. 3 saatlıq görüşün sonunda siz özünüzü daha peşəkar təqdim etməyi, müsahibələrə daha hazırlıqlı çıxmağı və rəqəmsal imicinizi gücləndirməyi öyrənəcəksiniz.
Qeydiyyatdan keçərək vörkşopda öz yerinizi ayırın - yerlər məhduddur.
Bu yay sizin dönüş nöqtəniz ola bilər.
Qeydiyyat linki: https://forms.gle/3kT5HpDmnxyHJxCF9
Tarix: 16 avqust
Saat: 11:00 - 14:00
Məkan: Emerald Palace, Həsən Məcidov 3, Bina 1, 7-ci mərtəbə
Əlaqə: (+994 70) 3368811 ; (+994 12) 4337478; [email protected];
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb