Şənbə, 16 Avqust, 2025

Mingəçevir Dövlət Universiteti vakansiya elan edir: İngilis dili müəllimi


  • Dərc edildi: 26 İyul, 2025 - 15:54
Mingəçevir Dövlət Universiteti vakansiya elan edir: İngilis dili müəllimi

Mingəçevir Dövlət Universiteti vakansiya elan edir: İngilis dili müəllimi

Mingəçevir Dövlət Universiteti tədris prosesinin keyfiyyətinin artırılması və tələbələrin xarici dil biliklərinin inkişaf etdirilməsi məqsədilə peşəkar və ixtisaslı kadrların cəlb olunması üçün “İngilis dili müəllimi” vakansiyası üzrə müraciət qəbul edir.

Vakant vəzifələrə müraciət edən namizədlərə tələblər:

  • İxtisas profilinə uyğun istehsalat sferasında təcrübəyə (minimum 3 illik), müvafiq elmi ad və dərəcələrə malik olan şəxslər müraciət edə bilər;
  • Tədrisin təşkili ilə bağlı bacarıqlara malik olması;
  • Tədris texnologiyalarından (office proqramları – word, excel, power point, microsoft teams və s.) istifadə bacarığının olması;
  • Akademik səviyyədə İngilis dilini bilmək;
  • Vəzifənin etik davranış qaydalarına sadiqlik.

 

Tələb olunan sənədlər:

  • CV və ya rezume;
  • ali təhsili təsdiq edən sənədlərin surəti;
  • Silabus
  • dil səviyyəsini və dil tədrisini təsdiq edən beynəlxalq sertifikatlar (əgər varsa).

 

Qeyd: Xaricdə təhsil almış namizədlər diplomlarının nostrifikasiya sənədlərini təqdim etməlidirlər.

Qeyd: Müraciət edən namizədlər arasında uyğun olanlar müsahibədən öncə İngilis dili üzrə səviyyə imtahanda iştirak edəcəklər. 

 

Tələblərə cavab verən namizədlər 2025-ci ilin 5 avqust tarixinədək müraciətin başlıq hissəsinə “İngilis dili müəllimi” yazaraq [email protected] elektron poçt ünvanına müraciətlərini göndərə bilərlər. 

 

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 6644
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1564
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 603
“İnnovativ məktəb” l...