POLİQON üçün geri sayım başlayır!
Əziz gənclər, Qarabağ zəfərinin 5-ci ilinə nə həsr olunan “POLİQON” gənclərin hərbi-vətənpərvərlik düşərgəsinə qeydiyyatı açıq elan edirik!
Düşərgənin keçirilməsində məqsəd gənclərdə mövcud olan vətənpərvərlik ruhunu daha da artırmaq, onların asudə vaxtını səmərəli təşkil etmək, Şanlı Zəfər tarixini təbliğ etməkdir.
Peşəkar hərbiçilərin iştirakı ilə hərbi simulyativ formatda keçiriləcək düşərgədə iştirak etmək, ilkin hərbi biliklərə yiyələnmək, fiziki dözümlüyünü artırmaq və yeni dostlar qazanmaq istəyirsənsə, bu fürsəti qaçırma.
Düşərgə Gənclər və İdman Nazirliyinin dəstəyi və “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə 4-7 sentyabr tarixlərində Göygöl Olimpiya İdman Kompleksində keçiriləcəkdir.
Düşərgədə yalnız 17-25 yaş aralığında fiziki hazırlıqlı gənclər iştirak edə bilər (2025-ci il ərzində digər düşərgələrdə iştirak etmiş şəxslər və həqiqi hərbi xidmət keçmiş şəxslər iştirak edə bilməyəcək).
Qeydiyyatdan keçən şəxslər növbəti mərhələyə uğurla keçdikləri halda müsahibə mərhələsinə dəvət olunacaqlar.
Son müraciət tarixi: 22.08.2025, 20:00