Cümə axşamı, 14 Avqust, 2025

“Sığorta Agenti” ixtisası üzrə yeni ödənişsiz və təqaüdlü peşə hazırlığı proqramı


  • Dərc edildi: 14 Avqust, 2025 - 11:46
“Sığorta Agenti” ixtisası üzrə yeni ödənişsiz və təqaüdlü peşə hazırlığı proqramı

“UTECA”MMC və Azərbaycan Respublikası Dövlət Məşğulluq Agentliyinin birgə təşəbbüsü ilə “Sığorta Agenti” ixtisası üzrə yeni ödənişsiz və təqaüdlü peşə hazırlığı proqramına qeydiyyat elan olunub. Layihə, işsiz və işaxtaran şəxslərin əmək bazarında peşəkar inkişafına dəstək vermək məqsədi daşıyır.

Proqram çərçivəsində iştirakçılar müasir sığorta sektorunun tələblərinə uyğun nəzəri bilik və praktiki bacarıqlarla təmin ediləcək. Təlimləri müvəffəqiyyətlə tamamlayan məzunlara sertifikat təqdim olunacaq, həmçinin onların işə düzəlmə prosesində peşəkar dəstək göstəriləcək.

Proqramın üstünlükləri:

        Tam ödənişsiz tədris – bütün dərslər pulsuz təqdim edilir;

        Aylıq təqaüd – kurs müddətində iştirakçılara müəyyən məbləğdə təqaüd ödənilir;

        Sertifikat – proqramı bitirənlər rəsmi sertifikat əldə edirlər;

        Məşğulluq dəstəyi – məzunlara iş tapmaqda və müsahibələrə hazırlıqda yardım göstərilir.

Qatılmaq üçün tələblər:

Proqrama aşağıdakı kateqoriyadan olan şəxslər müraciət edə bilərlər:

        İşsiz və ya işaxtaran statusuna malik olan Azərbaycan vətəndaşları;

        18 yaşdan yuxarı şəxslər.

İştirak edə bilməyəcək şəxslər:

        Tələbələr;

        Aktiv VÖEN-ə malik olan şəxslər;

        Özünüməşğulluq proqramı çərçivəsində aktivlər əldə etmiş şəxslər;

        Qüvvədə olan əmək müqaviləsi ilə çalışan şəxslər.

Qeydiyyat qaydası:

İxtisaslı sığorta agenti kimi karyera qurmaq istəyən namizədlər onlayn qeydiyyat formasını dolduraraq müraciət edə bilərlər.

 

Qeydiyyat linki: 

 

https://forms.gle/fQctTH6xW6MrKGkL6

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 6505
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1451
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 567
“İnnovativ məktəb” l...