Aktiv Vakansiya: SMM (Melissa Store)
İş qrafiki: Sərbəst (yarımştat)
Əməkhaqqı: Müsahibə əsasında müəyyən olunur
İş yeri: Melissa Store (Yasamal rayonu, Həsən bəy Zərdabi pr. "Melissa Park")
İşin Təsviri:
· Marketin sosial media hesablarının idarəsi;
· Səhifəyə gələn sorğuları cavablandırmaq;
· Sosial şəbəkələrdə reklam, aksiya və kampaniyaları yaratmaq və idarə etmək;
· Məhsullarımız barədə qısa videolar (Reels, Stories) çəkmək və montaj etmək.
· Canlı yayım edərək yenilikləri izləyicilərə təqdim etmək.
· Maraqlı və yaradıcı kontent ideyaları hazırlamaq.
· Sosial şəbəkələrdə baxış və satışların artmasına dəstək olmaq.
Namizədə Tələblər:
· Telefonla sadə çəkiliş və montaj bacarığı (CapCut, InShot və s.);
· Instagram, TikTok, Reels alətlərini tanımaq;
· Səlis danışıq, ünsiyyətcil olmaq;
· Analitik düşünmə və araşdırma qabiliyyəti;
· Texnoloji yeniliklər barədə məlumatlı olmaq üstünlükdür;
· Komanda ilə işləmə bacarığı.
Müraciət qaydası:
Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “SMM” qeyd edərək, [email protected] ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.