"Gender Hub Azerbaijan" könüllüsü olmaq istəyənlərin nəzərinə!

"Gender Hub Azerbaijan" könüllüsü olmaq istəyənlərin nəzərinə!

Dəyərli gənclər, uzun müddətdir gözlənilən könüllülük proqramına qeydiyyat başladı!

Gender Hub Azerbaijan sosial platforması olaraq, fəaliyyətimizin əsas istiqaməti gender əsaslı zorakılıq hallarının qarşısını almaq, ictimaiyyətin gender bərabərliyinə həssaslığını artırmaq, gender məsələləri ilə bağlı mövcud problemləri platforma üzərindən paylaşaraq işıqlandırıb, gender ədalətliliyinə nail olmaqdır.

Zorakılıq hallarına qarşı bizimlə birlikdə mübarizə aparmaq istəyən şəxslər qeydiyyatdan keçərək "Gender Hub Azerbaijan" komandasının bir üzvü ola bilər.

Biz kimləri axtarırıq?
-Gender əsaslı məsələlərə həssaslıqla yanaşan və gender istiqamətində fəaliyyət göstərməyə motivasiyası olan kreativ, məsuliyyətli, 18-25 yaş arası gənclər.

 Könüllü proqramı haqqında ətraflı məlumat almaq istəyən şəxslər linkə keçid edərək, könüllü kodeksi ilə tanış ola bilər:  https://cutt.ly/cJGiaIf

Əlavə olaraq, qeyd edək ki, işlərimizin daha sürətli yerinə yetirilməsi və keyfiyyətli olmasını təmin etmək məqsədilə könüllülərin texnoloji avadanlıqlarının (məs. laptop) olması əsas şərt deyil, üstünlükdür

Müraciət et

Qeydiyyat üçün son tarix: 9 sentyabr


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az