Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbi Baş mühasib vəzifəsi üzrə işə qəbul elan edir.
Tələblər:
- Ali təhsilli (İqtisadiyyat, maliyyə və ya bənzər sahələr üzrə).
- Mühasibatlıq sahəsində minimum 5 il əmək stajı olan.
- Peşəkar Mühasib Sertifikatı olması üstünlükdür.
- Mühasibatlıq proqramları ilə işləməyi bacaran.
- Müəssələrin mühasibat uçotunun təşkil etməyi, düzgün vergi və uçot siyasətinin aparılmasını və qorunmasını təmin edən.
- Maliyyə hesabatlarının düzgün və vaxtında hazırlanılması.
- İşinə dəqiq, məsuliyyətli yanaşması olan.
Vakansiyanın tələblərinə uyğun başlıca vəzifə öhdəlikləri və məsuliyyətlər:
- Müəssisədə uçotun formalaşdırılmasını, baş vermiş maliyyə-təsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri əsasında aktivlər, öhdəliklər, kapital, gəlir və xərclər barədə məlumatların yığılmasını, qeydiyyatını və ümumiləşdirilməsini, bu məlumatlara uyğun olaraq analitik və sintetik uçotunun aparılmasını.
- Maliyyə, vergi və digər hesabatların müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsini və mühasibat uçotu sənədlərinin saxlanılmasını təmin edir.
- Xərclər smetasının hazırlanmasını təşkil edir.
- Əmək haqqının, pul təminatının və ona bərabər tutulan ödənişlərin hesablanması üzrə hesablama cədvəlinin, əmək haqqının, pul təminatının və ona bərabər tutulan (məzuniyyətə çıxma, xidmətdən buraxılma və digər hallarla bağlı) ödənişlərin qabaqcadan verilməsini, birdəfəlik haqq-hesabın işlənilməsini və ödənişlərin aparılmasını, dövlət büdcəsinə ödəmələr, məcburi dövlət sosial sığorta və digər icbari sığorta haqları, kapital qoyuluşu vəsaitləri, banklara ssudalar üzrə borcların qoyulan vaxt ərzində verilməsini və digər ehtiyat fondlarına ayırmaları həyata keçirir.
- Mühasibat uçotu sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, vəzifə maaşlarının təyin edilməsinin, aktivlərin və öhdəliklərin inventarizasiyasının, mühasibat uçotunun aparılmasının yoxlanılmasına və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət edir.
- İnventarizasiya zamanı aktiv və öhdəliklərin mövcud faktiki qalığı ilə mühasibat uçot məlumatları arasında yaranmış kənarlaşmaların aradan qaldırması ilə əlaqədar müvafiq işlərin aparılmasını təmin edir.
- Ştat, maliyyə, bank və kassa intizamına ciddi əməl edilməsi, çatışmazlıqların və itkilərin uçotdan silinməsi ilə əlaqədar işləri yerinə yetirir.
- Mühasibat uçotu sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət edir.
- Mühasibat uçotunun səmərəli təşkilinə, kompüterləşməsinə və beynəlxalq standartlara uyğun qurulmasına diqqət yetirir.
Mingəçevir şəhərində yaşayan uyğun namizədlər “Mövzu” bölməsində vakansiyanın adını qeyd etməklə CV formasını [email protected] email ünvanına göndərə bilərlər. Əlaqə +9940242748878.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur