2024/2025-ci tədris ili üçün həyata keçirilən sənəd qəbulu üzrə növbəti siyahı təsdiq olunub

2024/2025-ci tədris ili üçün həyata keçirilən sənəd qəbulu üzrə növbəti siyahı təsdiq olunub

 

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı”na  2024/2025-ci tədris ili üçün həyata keçirilən sənəd qəbulu üzrə daha  205 nəfər namizəd Proqram iştirakçısı adını qazanıb.

Beləliklə, Azərbaycan Respublikasının Prezidentinin 12 avqust 2024-cü il tarixli, 248 nömrəli “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı rəhbər tutularaq 2024/2025-ci tədris ili üzrə Dövlət Proqramı çərçivəsində bakalavriat təhsil səviyyəsi üzrə 125, magistratura təhsil səviyyəsi üzrə isə 375 nəfər olmaqla, ümumilikdə 500 nəfər təaqüdçü adını qazanmışdır.

Təqaüd qazanan 500 nəfər gəncin 135-i dünya reytinq cədvəllərində ilk 10 yeri tutmuş ali təhsil müəssisələrində təhsil alacaqlar. Cari ildə təqaüd almaq hüququ əldə etmiş namizədlərdən  15 nəfər "Columbia University", 7 nəfər "Harvard University", 7 nəfər "University of Cambridge", 6 nəfər “Yale University”, 5 nəfər "University of California, Berkeley", 4 nəfər "National University of Singapore", 3 nəfər "University of Oxford", 3 nəfər "ETH Zurich", 3 nəfər "University of Chicago" və digər nüfuzlu ali təhsil müəssisələrində təhsil alacaqlar.

Dövlət Proqramı çərçivəsində həyata keçirilmiş müsahibə mərhələsindən müsbət nəticə əldə etmiş, lakin müsabiqə mərhələsindən keçməyən namizədlərə aid ehtiyat siyahısı da vardır ki, 2024/2025-ci il üzrə proqram iştirakçısı seçilmiş namizədlərdən proqramdan bu və ya digər səbəbdən imtina etdiyi təqdirdə Seçim Qaydalarının 4.20-ci bəndi rəhbər tutularaq sözügedən siyahıya istinad olunaraq növbəti Dövlət Proqramı iştirakçısının seçilməsi nəzərdə tutulur.

Elm və Təhsil Nazirliyi ilə bağlanılacaq müqavilənin müvafiq şərtinə əsasən proqram iştirakçısı təhsili bitdikdən sonra 2 ay müddətində ölkəyə qayıtmalı və 5 il müddətinə əmək fəaliyyəti ilə məşğul olmalıdır.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az